|
Yeni Fond vətəndaş cəmiyyəti quruculuğuna qoşulacaq
Nov 16,2007 04:33
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Bakı, Azərbaycan-Cənubi Qafqazda Avrasiya Fondunun (AF) yerli varis unstitutu olan Avrasiya Əməkdaşlıq Fondu (AƏF) ictimaiyyətə təqdim olundu. Bu təşəbbüs barədə Avrasiya Fondunun Prezidenti Horton Bibi Senter, Avrasiya Əməkdaşlıq Fondunun Prezidenti Corc Zarubin, Avrasiya Fondunun Azərbaycan nümayəndəliyinin Direktoru Camal Şahverdiyev məlumat verdilər. Azərbaycanda artıq qeydiyyata alınmış yeni Fond, Avrasiya Fondunu bu ölkədə vətəndaş cəmiyyətinin inkişafı sahəsində yenilikçi lider səviyyəsinə yüksəldən başlıca resurslara sahib olacaq. Eyni zamanda, yeni fond qərarların yerli səviyyədə qəbulunu öz fəaliyyətində əsas kimi götürəcək. Bu proses yeni fondun yerlərdə müəyyənləşdirilmiş təlabatları əsasında yüksək dərəcəli mütəxəsislər tərəfindən idarə olunacaq. Fondun məşvərət Şurası ABŞ-ın Gürcüstandakı sabiq səfiri Kennet Yaloviç, Almaniyanın sabiq səfiri və ATƏT –in nümayəndəsi Dietor Boden və Beynəlxalq Böhran Qrupunun vətəndaş cəmiyyət və münaqişələrin həlli məsələləri üzrə mütəxəssisi Sabina Freyzer də daxil olmaqla, regiona yaxşı bələd olan beynəlxalq səviyyəli mütəxəssislərdən təşkil olunub. Fondun Prezidenti Corc Zarubinin sözlərinə görə, yeni Fond, həmçinin, ABŞ və Avropa tərəfdaşları arasında mühüm əməkdaşlığın əsasını qoyacaq. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən göstərilən maliyyə dəstəyindən başqa, İsveç Beynəlxalq İnkişaf Agentliyi də üç il ərzində Fonda maliyyə ayırmağı planlaşdırır. Fond həm qrant təşkilatçısı, həm də proqram içraçısı funksiyasını yerinə yetirəcək. Altı proqram mandatı və yanaşma metodu Fondun fəaliyyətini istiqamətləndirəcək: Vətandaş İştirakı və Monitorinq, Korporativ və İcma Xeyriyyəçiliyi,Tədqiqat və İctimai siyasətin Gücləndirilməsi, Biznes mühitinin yaxşılaşdırılması, Ölkələrarası Əməkdaşlıq və Açıq qapı Qrant Təşkilatçılığı, Fond bu mandatlara, eləcədə yerli və beynəlxalq iş ortaqları və şura ilə məsləhətləşmələrə əsaslanmaqla, hər il ölkə üçün prioritet olan istiqamətləri müəyyənləşdirəcək. Yeni Fond Avrasiya Fondundan onun proqram və vasitələrini, yanaşma metodlarını, eləcədə işçi heyətini və maliyyə idarəçiliyi sistemlərini təhvil alaraq, 2008-ci ilin əvvəlindən etibarən öz rəsmi fəaliyyətinə başlayacaq. MQF Xəbər |