Müqavilələrin monitorinqini aparan təşkilatlar və Universal Dövri İcmal üzrə təlim kursu (Cenevrə, 3-14 may 2010-cu il)
Feb 08,2010 03:50

Beynəlxalq İnsan Haqqları Xidməti (İSHR) 2010-cu il may ayının 3-dən 14-dək müqavilələrin monitorinqini aparan təşkilatlar və Universal Dövri İcmal (UPR) üzrə təlim kursu təşkil edəcəkdir. Təlim kursu İşgəncələr əleyhinə Komitənin (CAT), İqtisadi, Sosial və Mədəni Haqqlar Komitəsinin (CESCR) 44 –cü sessiyası və Universal Dövri İcmalın 8-ci sessiyası ilə parallel olaraq keçiriləcəkdir.
İştirakçılar CAT, CESCR və UPR sessiyalarına qatılmaq, Komitə üzvləri, digər BMT rəsmiləri, diplomatlar və əlaqədar regional və milli QHT-lərin nümayəndələri ilə görüşmək imkanları əldə edəcəklər.
Təlim kursu haqda daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: http://www.ishr.ch/component/docman/doc_download/847-call-for-applications-treaty-body-and-upr-course
Əgər təlim kursunda iştirak etməkdə maraqlısınızsa, sıradakı link vasitəsilə onlayn müraciət edin: http://www.ishr.ch/in-geneva/training-on-treaty-bodies/register-may-course