|
AŞPA qadınların müdafiəsinə qalxdı
Feb 03,2010 05:36
Avropa Şurası Parlament Assambleyası Avropa Şurasının üzvü olan dövlətlərə qadınların siyasətdə iştirakını artırmaq üçün zəruri tədbirlər görməyi tövsiyyə edib. Avropa Şurasının rəsmi saytına istinadən verdiyi məlumata görə, sənəddə qeyd olunur ki, üzv dövlətlər seçki sistemində islahat apararaq onu qadınların iştirakçılığı üçün daha əlverişli sistemə çevirsinlər.Proporsional seçki siyahısı olan ölkələrdə təkcə qadın namizədlərin yüksək nisbətini (ideal halda azı 40%) deyil, həm də siyahılarda namizədlərin ciddi ardıcıllıq qaydasını təmin edən (məsələn, alternativ qadın və kişi namizədlərin “ardıcıl” nəzərdə tutulması sistemi) məcburi kvotanın tətbiqini (ideal halda iri dairədə və (və ya) ümummilli miqyasda partiya siyahıları ilə kombinə edilməklə) və bunlara riayət edilməməsinə görə səmərəli sanksiyaların qəbulunu nəzərdən keçirmək də tövsiyyə olunur.Sənəddə qeyd olunur ki, majoritar və ya nisbi səs çoxluğu sistemlərinin olduğu ölkələrdə hər dairədə hər bir partiyanın öz namizədini ən azı bir qadın və bir kişi namizədin arasından seçməsi prinsipini nəzərdən keçirmək, yaxud qadınların siyasətdə iştirakının artırılmasının təmin edilməsinin başqa yollarını tapmaq, məsələn, siyasi partiyalar daxilində məcburi innovativ gender kvotaları tətbiq etmək, yaxud yenə də səmərəli sanksiyalarla müşayiət olunmaqla dairələrdə “bütünlüklə qadınlardan” və ya “qoşa namizədlərdən” ibarət olan siyahıları tətbiq etmək gərəkdir.Eyni zamanda üzv dövlətlər gender bərabərliyinə və ayrı-seçkilik əleyhinə dair müddəaları, az təmsil olunan cins üçün pozitiv diskriminasiya tədbirlərinə imkan verən zəruri istisnalarla birlikdə, öz konstitusiyalarına və seçki qanunlarına daxil etsinlər. Bu dəyişikliklər müəyyən tədbirlərlə, məsələn, gender məsələsi önə çəkilməklə vətəndaşların maarifləndirilməsi və konkret olaraq siyasi partiyalar daxilində, eləcə də mediada gender stereotiplərinin və qadın namizədlərə qarşı özünəməxsus qərəzliliyin aradan qaldırılması tədbirləri ilə müşayiət olunmalıdır. Assambleya tövsiyə edir ki, Nazirlər Komitəsi səlahiyyətli komitəyə tapşırıq versin ki, qadın və kişilərin bərabərlik hüququnu, eləcə də az təmsil olunan cins üçün pozitiv diskriminasiya tədbirlərinə imkan verən zəruri istisnaları İsan hüquqları haqqında Avropa Konvensiyasında təsbit etmək üçün həmin Konvensiyanın əlavə protokolunu tərtib etmək məsələsini nəzərdən keçirsin. lent.az |