|
"Vətəndaş Cəmiyyəti İnstitutlarının İKT bacarıqlarının artırılması” təlimi
Feb 03,2010 05:35
Rəqəmsal İnkişaf İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun İnformasiya Proqramının maliyyə dəstəyi ilə QHT- lər və vətəndaş cəmiyyətinin digər iştirakçıları üçün veb səhifəlrin və bloqların yaradılması üçün “Vətəndaş Cəmiyyəti İnstitutlarının İKT bacarıqlarının artırılması” təliminə iştirakçıların qəbulunu başlatdı. Təlim zamanı: Seçilmiş 15 – 20 nəfər QHT və vətəndaş cəmiyyəti təmsilçilərinə 5 günlük veb səhifə və bloqun yaradılması kursu keçiriləcək. Hər bir iştirakçı 5 günlük bir müddət ərzində təşkilatın veb səhifəsini və bloqunu yaradacaq. Təlimdə iştirak etmək istəyənlərin nəzərinə: İştirak etmək istəyən hər bit şəxs CV – ni 15 fevral 2010 – cu il tarixindən gec olmayaraq k.agayeva@gmail. com elektron ünvanına göndərə bilər. Resurs.az |