|
Təbrik məktubu
Feb 02,2010 01:32
Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidentinə təbrik məktubu göndərdi.Təbrik məktubunda deyilir: «Sizi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilməyiniz münasibətilə 534 QHT-ni özündə birləşdirən Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumu (MQF) adından təbrik edir, Sizə can sağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri olaraq inanırıq ki, Sizin rəhbərliyiniz dövründə beynəlxalq sülh və təhlükəsizlik, o cümlədən Azərbaycan torpaqlarının 20%-dən çoxunun erməni işğalından azad olunması, Dağlıq Qarabağ konfliktinin həll olunması və digər beynəlxalq problemlərin ədalətli və obyektiv həlli istiqamətində Avropa Şurası Parlament Assambleyası tərəfindən əhəmiyyətli tədbirlər görüləcəkdir.” MQF mətbuat xidməti |