Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu ildə maliyyələşdirdiyi layihələrin monitorinqinin YEKUN HESABATI
Jan 28,2010 23:31

Şura Katibliyinin monitorinq planına uyğun olaraq, Katibliyin əməkdaşları Şura tərəfindən maliyyələşən layihələrin monitorinqini həyata keçirmişlər. 2009-cu ildə Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin monitorinqi haqqında aşağıdakı məlumatları diqqətinizə çatdırıram:
2009-cu ildə keçirilən monitorinqlərin əsas nəticələri: 
  
Şura tərəfindən 247 layihə maliyyələşdirilmişdir
Bu layihələrə 260-dan çox monitorinqlər aparılmışdır
9 QHT layihələrin monitorinqi üçün lazımı şəraiti yaratmamışdır. 
16 QHT-nin sənədləşmə məsələlərində müəyyən problemlər olmuşdur. 
13 QHT-nin sənədləri layihənin bütün gedişini özündə tam şəkildə əks etdirmir.
36 QHT həyata keçirdiyi layihələr barədə ictimaiyyətin məlumatlandırılması zəif təşkil olunmuşdur
20 QHT müqavilə öhdəliklərinin yerinə yetirilməsində müəyyən nöqsanlara yol vermişlər. Şura Katibliyi əməkdaşlarının ciddi səyi nəticəsində bu nöqsanlar aradan qaldırılmışdır
50 QHT layihəni müqavilə üzrə nəzərdə tutulan vaxtda başa vura bilmədiyi üçün layihənin müddətinin uzadılması ilə əlaqədar katibliyə rəsmi müraciət etmiş və bu müraciətlərin hamısı nəzərə alınmışdır
25 QHT yekun hesabatları müqavilə üzrə nəzərdə tutulan vaxtda təqdim etməsini gecikdirmişdir

Görülən işlər və əldə olunan nəticələr 

1. Layihələrin icrasına cəlb olunmuş işçilərin sayı: 
Daimi - 589 nəfər
Müvəqqəti - 501 nəfər

2. Layihə çərçivəsində alınmış avadanlıqların sayı:
Kompüter - 59 ədəd
Printer - 37 ədəd
Surətçıxaran - 10 ədəd
Digər müxtəlif – 139 ədəd

  
3. Keçirilən tədbirlərin sayı
Təlim - 245
Seminar - 188
Digər tədbirlər - 938

4. Layihə çərçivəsində nəşr olunan materialların və yaradılan saytların sayı
Kitab - 53 
Buklet - 55 
Broşur - 44 
Digər - 75
Sayt - 12

5. Keçirilmiş tədbirlərin iştirakçılarının sayı:
Təlim - 18 961 nəfər
Seminar - 8 431 nəfər
Digər - 51 715 nəfər

6. Faydalananların ümumi sayı: 106 mindən çox
Uşaqlar - 19 090 nəfər
Gənclər - 29 482 nəfər
Digər - 57 683 nəfər
Kişi - 60 233 nəfər
Qadın - 48 304 nəfər

Çatışmazlıqlar və zəif tərəflər: 

Şura katibliyi ilə əlaqələrin düzgün qurulmaması
Layihə üzrə həyata keçirilən işləri və əldə olunan nəticələri qiymətləndirmək bacarığının zəif olması
Həyata keçirilən tədbirlərin ictimaiyyəti məlumatlandırmaq bacarığının zəif olması
Layihələr çərçivəsində nəşr olunan materialların keyfiyyətinin zəif olması
Hesabatların vaxtında təqdim olunması
qhtxeber.az