|
ATƏT-in Bakı ofisinin rəhbəri Naxçıvana gedir
Jan 28,2010 04:23
ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel yanvarın 28-29-da Naxçıvanda səfər olacaq.Bakı ofisindən verilən məlumata görə, səfər zamanı B.Cankorel Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək. Eyni zamanda, o, Naxçıvanın Daxili İşlər naziri, Ədliyyə naziri, Ali Məhkəməsinin sədri, Ombudsman, Vəkillər Kollegiyasının sədri və Muxtar Respublikanın Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri ilə görüşlər keçirəcək.Görüşlərdə B.Cankorel Naxçıvan rəsmilərini ATƏT-in Bakı ofisinin Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumatlandıracaq və muxtar respublikada bəzi layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparacaq. Media forum |