MQF Şəmkir RQRTM-i ölkənin qərb regionunda yerli QHT-lər üçün təlimlər həyata keçirir
Oct 29,2009 04:52

Milli Qeyri-Hökumət Təşkilatları Forumu Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi-Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində-14/15/16 oktyabr 2009-cu il tarixdə Ağstafa şəhərində “Azərbaycanda yerli QHT sektorunun idarəetmə potensialının gücləndirilməsi” təlimlərini həyata keçirilmişdir. Təlim zamanı iştirakçıların maraq dairəsində olan mövzular diqqət mərkəzində olmuşdur. Ağstafa şəhərində həyata keçirilən təlimdə Ağstafa, Qazax və Daşkəsən rayonunda fəaliyyət göstərən QHT nümayəndələri iştirak edirdilər. Təlimin əsas mövzuları QHT-lərin İdarəedilməsi, QHT-lərdə Mühasibat Uçotunun Aparılması, Layihə İdarəetməsi və Layihə Təklifinin Yazılması idi. Aparılan təlimlər zamanı region QHT-lərinin ümumi problemləri və perspektivləri də müzakirə obyektinə çevrilmişdir.Təlim iştirakçılarının 13 nəfəri kişi, 7 nəfəri isə qadın idi.Təlimin sonunda isə sorğular həyata keçirilmişdir. Ağstafa şəhərində təşkil olunan təlim Bədəlov Fuad ( MQF Şəmkir R-QRTM-in direktoru), Pənahov Hafiz (MQF Şəmkir R-QRTM-in təlimçisi), Mədətova Vəfa (“Gələcəyə Körpü” Gənclərin İctimai Birliyinin mühasibi) tərəfindən həyata keçirilmişdir

QHTXEBER.AZ