|
Şura və ACİ-YF arasında əməkdaşlıq memorandumu imzalandı
Oct 02,2009 23:52
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu\ Azərbaycan arasında əməkdaşlıq memorandumu imzalandı. Sənədi Şura sədri Azay Quliyev və Fondun Bakı Ofisinin icraçı direktoru Fərda Əsədov imzaladılar.Tərəflər Azərbaycanda vətəndaş cəmiyyətinin rolu və QHT-lərin sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunma imkanları barədə ictimai məlumatlılığı artırmaq, Azərbaycanda fəaliyyət göstərən donorlar arasında əlaqələrin daha da gücləndirilməsi və fəaliyyətin birgə koordinasiyası məqsədi ilə Donorların Koordinasiya Şurasının yaradılmasına dəstək vermək, QHT-lərin bilik və bacarığının artırılması və sair istiqamətlərdə birgə fəaliyyət göstərəcəklərini memorandumda təsbit etdilər.Tərəflər əməkdaşlığa real məzmun vermək məqsədi ilə 2009-cu il üçün aşağıdakı konkret istiqamətlərdə fəaliyyətləri həyata keçirməkdə qərarlı olduqlarını bildirdilər: Mətbuat xidməti |