|
“Azərbaycanda Demokratik seçki proseslərinin möhkəmləndirilməsi və inkişafı”
Mar 16,2009 05:30
“Qadın və Müasir Dünya” Mərkəzi BMT-nin Demokratiya Fondunun dəstəyi ilə “Azərbaycanda Demokratik seçki proseslərinin möhkəmləndirilməsi və inkişafı” layihəsini həyata keçirməyə başlamışdır. Layihənin müddəti 2 ildir. Layihə Şirvan zonasının 10 rayonunda həyata keçiriləcəkdir. Layihə hüquqi və demokratik dövlət quran Azərbaycanda demokratik proseslərin inkişafı və qadınların seçkilərdə fəal iştirakına ünvanlanmışdır. Deyildiyi kimi, “Seçkilər açıq cəmiyyət qurmuş hər bir demokratik dövlətin inkişafının ayrılmaz hissəsidir”.Bu layihə çərçivəsində 10 rayonun hər birində 25 nəfərin iştirakı ilə nəzərdə tutulan informasiya-məlumat xarakteri daşıyan treninqlərin təşkil nəzərdə tutulur. Bizim fəaliyyətimiz Şamaxı, Xızı, Qobustan, Ağsu, İsmayıllı, Qəbələ, Hacıqabul, Oğuz, Göyçay və Zərdab rayonlarını əhatə edir. Şamaxı, H.Cavid küçəsi 27 A Тел: (994 176) 552 26,Мобил: 0-50 332 26 18 MQF XƏBƏR |