|
Yaxın vaxtlarda QHT sektorundan bəhs edən “Dayaq.az” qəzeti fəaliyyətə başlayacaq
Mar 03,2009 00:10
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətindən verilən məlumata görə, bu yaxınlarda “Dayaq.az” adlı qəzet qeydiyyatdan keçib. Martın ikinci ongünlüyündən fəaliyyət göstərməyə hazırlaşan “Dayaq.az”ın sırf QHT sektorundan yazması nəzərdə tutulub. Bu məsələyə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də münasibətini bidirib. Millət vəkili deyib ki, “Dayaq.az” peşəkarlığa söykənsə, fəaliyyəti səmimiyyət üzərində qurulsa, məqsədi vətəndaş cəmiyyətinin inkişafına xidmət olsa, QHT-lərə Dövlət Dəstəyi Şurasından daim dəstək görəcək: “Şuranın “Vətəndaş cəmiyyəti” adlı aylıq jurnalı nəşr olunur. “Dayaq.az” qəzeti ilə həmin jurnalın qarşılıqlı əməkdaşlıq səviyyəsində fəaliyyəti QHT sektorunun inkişafına daha çox təkan verə bilər”. MQF XƏBƏR |