|
“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi yekunlaşıb
Feb 16,2009 03:27
AİF bildirir ki, 19 fevral 2009-cu ildə, saat 14.00-da AzTelekom- da “İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçiriləcək. Tədbirdə qeyd olunan Layihə çərçivəsində keçirilən Treninqlərdə iştirak edən Jurnalistlərə Sertifikatlar təqdim olunacaq. Həmçinin “İnformasiya cəmiyyətinin jurnalisti” və “İnformasiya cəmiyyətinin KİV-i” nominasiyaları üzrə keçirilən Müsabiqənin qaliblərinə Diplomlar və hədiyyələr təqdim olunacaq. Layihə RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir. |