|
Avropa Şurası və Avropa Ittifaqı Komissiyasının dəstəyi ilə 2 illik regional proqram icra olunur
Dec 26,2008 04:49 Vətəndaş Cəmiyyəti Liderləri Şəbəkəsinin Azərbaycan üzrə koordinatoru Anar Aslanovun verdiyi məlumata görə, Avropa Şurası və Avropa Ittifaqı Komissiyasının dəstəyi ilə 2 illik regional proqram icra olunur. Proqramda 3 Cənubi Qafqaz, Ukrayna və Moldova təmsil olunur. Proqramın bir ili artıq yekunlaşıb və bu müddət ərzində Kiyev, Kişinyov, Tbilisidə vətəndaş cəmiyyəti təmsilçilərinin bir neçə görüşü keçirilib. Proqram gələn il ərzində də davam etdiriləcəkdir. Azərbaycan üzrə proqramın icraçı təşkilatı "Gənclər İnkişaf Naminə” Ictimai Birliyidir (GIN). Anar Aslanovun sözlərinə görə, layihənin yekununda tədbirlərdə iştirak etmiş bütün məzunların Qara dənizdə konfransı keçiriləcəkdir. MQF Xəbər |