|
Yeni Yazarlar və Sənətçilər Qurumunun 2008-ci il üçün hesabatı
Dec 25,2008 06:29
1998-ci ildə yaradılmış, ölkəmizin vətəndaş cəmiyyəti sektorunda fəallığı, innovativ fəaliyyəti ilə seçilən, yaradıcı təşkilat olaraq sirasında gənc nəsil qələm adamlarını birləşdirən Yeni Yazarlar və Sənətçilər Qurumu ötən il olduğu kimi, 2008-ci ildə də davamlı olaraq həyata keçirtdiyi kulturoloji layihələrini reallaşdırdı. Xüsusi proqramlarını davam etdirməklə, eləcə də yeni-yeni tədbirləri ilə çağdaş mədəniyyət - ədəbiyyat və incəsənətimizin inkişafina təkan verən YYSQ, sənət adamlarının intellektual, estetik, kulturoloji və sosial hüquqlarının qorunması, təmin edilməsi istiqamətində uğurlu nailiyyətlər qazana bildi.Builki hesabatda qısaca olaraq gördüyümüz işlər, həyata keçirtdiyimiz layihələr haqqında qısaca məlumat verməklə, təşkilatımıza dayaq durmuş dövlət, özəl, ictimai və beynəlxalq təşkilatlara minnətdarlığımızı bildiririk. Eyni zamanda aşağıdakı İnternet e-resurslardan yararlanaraq, Yeni Yazarlar və Sənətçilər Qurumunun builki – 2008-ci ildəki fəaliyyəti barədə geniş bilgilər əldə edə bilərsiniz: 2) www.artyazar.azeriblog.com, 3) www.xariciedebiyyat.azeriblog.com, 4) www.azeriedebiyyati.azeriblog.com |