"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin 2008-ci ildəki fəaliyyəti haqqında hesabatı
Dec 25,2008 06:15

"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi 2008-ci ildə 14 tədbir, 11 görüş keçirib, bирлийин sədri 29 tədbirdə iştirak edib. 20 yanvar 2008-ci ildə ictimai birliyin tərkibində əsir-itkin övladları və girovluqdan qayıtmış gənclər tərəfindən Gənclər Təşkilatı və 28 oktyabr 2008-ci ildə isə ictimai birliyin Şəki təşkilatı yaradılıb. İctimai birliyin üzvlərinin sayı 1000 nəfərdir. Avqust ayında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülüb, sonradan azad olunmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının yerli qanunvericilik və beynəlxalq hüquq normaları səviyyəsində müdafiəsi” adlı layihəsi qəbul olunub. İctimai birliyin 1 illik fəaliyyəti haqqında telekanallarda 17, radioda 5 reportaj və müsahibə verilib, qəzetlərdə və informasiya agentliklərinin saytlarında isə 150-dən çox müsahibə və yazılar gedib. Ramazan və Qurban bayramlarında birliyin üzvlərinə yardımlar edilib. 2008-ci ildə 30 nəfər əsirlikdən azad edilmiş şəxs ictimai birliyə müxtəlif sosial problemləri, 5 nəfər əsir və itkin düşmüş şəxsin ailə üzvü mülki məhkəmə işi, müxtəlif bölgələrdə yaşayan 27 nəfər itkin ailəsi isə əzizlərinin taleyinə aydınlıq gətirilməsi üçün ərizə ilə müraciət edib. Bir il ərzində ictimai birliyin 120 üzvü pulsuz müayinə və müalicəyə göndərilib, dərman preparatları ilə təmin olunub ki, onlar əsir və girovluqdan azad edilmiş soydaşlarımız, əsir və itkin düşmüş şəxslərin kimsəsiz valideynləri, imkansız və aztəminatlı ailə üzvləridir. Birliyinin sədri 02 iyul 2008-ci ildə keçirilmiş Milli Qeyri-Hökumət Təşkilatları Forumunun IV qurultayının, 01 sentyabr 2008-ci ildə keçirilmiş Binəqədi Rayon Qadınlarının III konfransının, 26 sentyabr 2008-ci ildə keçirilmiş Azərbaycan Qadınlarının III (VII) qurultayının nümayəndəsi olub. Birliyinin sədri əsir və girovlarla bağlı tədqiqatlarına, apardığı işlərə və təbliğata görə 15 noyabr 2008-ci ildə Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) Himayəçilər Şurasına üzv seçilib. İctimai birliyin keçirdiyi tədbirlər: 1. 24 yanvar 2008-ci ildə Türkiyə səfirliyinin Dini İşlər üzrə müşaviri Müzəffər Şahinlə əsir və itkin düşmüş, girov götürülmüş soydaşlarımızın ailə üzvləri və ermənilər tərəfindən əsir götürülüb, sonradan azad edilmiş şəxslərin görüşü. 2. 06 fevral 2008-ci ildə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Gənclər Təşkilatının ilk mətbuat konfransı. 3. 17 fevral 2008-ci ildə “Qaradağlı faciəsinin 16-cı ildönümü” adlı tədbir. (Tədbir Beyləqan rayonunda Yeni Xocavənd qəsəbəsində keçirilib) 4. 26 fevral 2008-ci ildə Nərimanov rayonu 177 saylı orta məktəbdə Xocalı faciəsi ilə bağlı tədbir. 5. 02 aprel 2008-ci ildə DAK Azərbaycan nümayəndəliyi ilə birlikdə keçirdiyi "Kəlbəcərin işğalı: əsir, girov və itkin problemi" adlı dəyirmi masa. 6. 23 aprel 2008-ci ildə "Qondarma erməni soyqırımı: günümüzün reallıqları ilə" adlı tədbir. 7. 08 may 2008-ci ildə "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi Gənclər Təşkilatının keçirdiyi "Xarı bülbül həsrətlə bizi gözləyir" adlı tədbir. 8. 28 may 2008-ci ildə ”Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Gənclər Təşkilatının keçirdiyi “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi” adlı tədbir. 9. 08 iyul 2008-ci ildə UMCOR Beynəlxalq Humanitar Təşkilatın dəstəyi ilə əsir və girov ailələrinə, əsir və girovluqdan azad edilmiş soydaşlarımıza yardımın paylanması. 10. 22 iyul 2008-ci ildə "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi ilə birlikdə keçirdiyi "15 il erməni əsarətində olan Ağdam" mövzusunda dəyirmi masa. 11. 08 avqust 2008-ci ildə “İnam” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyi ilə birlikdə keçirdiyi “Azərbaycanın bəzi mətbuat vasitələrində qloballaşma pərdəsi altında erməni təbliğatı” mövzusunda dəyirmi masa. 12. 09 sentyabr 2008-ci ildə ermənilər tərəfindən əsir və girov götürülüb, sonradan azad edilmiş AR vətəndaşlarının hüquqları ilə bağlı həyata keçirdiyi layihənin təfsilatı ilə bağlı mətbuat konfransı. 13. 24 noyabr 2008-ci ildə "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülüb, sonradan azad olunmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının yerli qanunvericilik və beynəlxalq hüquq normaları səviyyəsində müdafiəsi” adlı layihəsinin yekun konfransı. 14. 10 dekabr 2008-ci ildə Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı ilə birlikdə BMT-nin İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsinin qəbul olunmasının 60 illiyinə həsr olunmuş dəyirmi masa.