|
Qadın Proqramı üzrə keçirilmiş kiçik qrant müsabiqəsinin nəticələri
Nov 28,2008 01:31
2008-ci ilin noyabr ayında ACİ-YF Qadın Proqramı Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və açıq cəmiyyət ideyaları və prinsiplərinin inkişaf etdirilməsi istiqamətində, regional təşkilatlar üçün kiçik qrantlar müsabiqəsini elan etmişdir. Müsabiqənin məqsədi regionlarda qadınların inkişafı, hüquqlarının gücləndirlməsi, qadınların ictimai həyatda rolunun artılrılması və iqtisadı (sahibkarlıq) fəaliyyətinin gücləndilrməsi və gender mədəniyyətinin artırılması idi. Müsabiqənin üstünlük təşkil etmiş mövzüları aşağıdakı kimi idi: qadınların iqtisadı sahədə (sahibkarlıq, fermerlik və s.) fəaliyyətinin dəstəklənməsi; qadınların yaşadıqları icmalarda qərar qəbuletmə proseslərində rolunun artırılması; qadınların əmək və sosial hüquqları; qadınların ictimai həyatda mövqelərinin gücləndirilməsi (siyasi aktivliyinin artırılması, yerli özünüidarə orqanlarında iştirakı sahəsində aktivlik). Müsabiqəyə təqdim edilmiş layihələrin səmərəli və obyektiv qiymətləndirməsi məqsədilə birdəfəlik ekspert qiymətləndirmə komitəsi formalaşdırılmışdır. Layihələrin baxılmasına dair bir dəfəlik ekspert qiymətləndirmə komitəsinin içlası 19 noyabr 2008-ci il tarixində olmuş və bu müsabiqədə uğur qazanmış layihələr aşağıdakılar hesab edilmişdir: “Yuva” Humanitar Mərkəzi, “Quba, Lənkəran və Gəncədə qadınların yaşadıqları icmalarda qərar qəbulu prosesində iştirakını təşviq etmək”, $4,995 “Anaların və Uşaqların İnkişafı” İctimai Birliyi, “Gəncə və Gəncəbasarda (Respublikanın qərb bölgəsində) qadınların əmək və sosial hüquqularının monitorinqi və pozulmuş hüquqların müdafiəsi”, $2,500 Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi, “Regionlarda sahibkar qadınlar üçün səmərəli biznesin təşkili” adlı təlimlərin keçirilməsi”, $2,500 “Rifah-XXİ” İqtisadi İnkişaf” İctimai Birliyi, “Əmək məşğulluğu və qadın sahibkarlığının inkişafı”, $2,500 “Xalça Dünyası” Assosiasiyası, “İşgüzar inkişafda qadınlara yardım”, $2,500
|