“Erkən nikahlar insan hüquqları pozuntusu kimi ” mövzusunda dəyirmi masa keçirilib
Oct 13,2008 01:03

 BMT İctimai İnformasiya Departamenti (İİD) ilə İnsan Hüquqları üzrə Müvəkkilin ofisi və Azərbaycan Mill QHT Forumu Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzi ilə əməkdaşlıq nəticəsində Mingəçevirdə mövcud vəziyyətin, eyni zamanda hökumət strukturları, eyni zamanda, dini liderlər tərəfindən bu zərərli ənənəvi təcrübənin qarşısının alınması üçün tədbirlərin müzakirə edilməsi üçün “Erkən nikahlar insan hüquqları pozuntusu kimi – çıxış yolları” mövzusunda dəyirmi masa keçirib. Erkən nikah ilə bağlı hazırkı vəziyyətə baxış keçirmək üçün dəyirmi masa Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, BMT İnkişaf Proqramı (UNDP), yerli hakimiyyət və gənclər təşkilatlarının nümayəndələrini bir araya gətirib. Qeyd olunub ki, dünyanın bir çox ölkələrində 18 yaşdan aşağı olan gənc qadınlar üçün nikaha daxil olma reallıq olaraq qalır. Erkən hamiləlik həm ana, həm də uşaq sağlamlığına təhlükə yaradır. Erkən nikahlar, həmçinin boşanma hallarında, xüsusilə evliliyin heç vaxt qanuni qeydiyyatdan keçmədiyi halda hüquqi müdafiənin  olmaması ilə nəticələnə bilər.  Yoxsulluq, təhsil və erkən nikahlar arasında əlaqə digər məsələlərdə də diqqəti cəlb edir:Tədbirdə BMT İİD-in  Azərbaycan üzrə nümayəndəsi Envera Selimovic, Mingəçevir  şəhər icra başçısının birinci müavini İlham İsmayılov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin Beynəlxalq Əlaqələr Komissiyasının üzvü  Qənirə Paşayeva, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının uşaq hüquqları və gender problemləri üzrə müşaviri Zaur Zamanov, BMT-nin İnkişaf Proqramının İctimai Əlaqələr və İnformasiya  şöbəsinin müdiri Fərqan Abbaszadə, yerli QHT nümayəndələri və digər məruzəçilər mövzu ilə əlaqədar çıxışlar ediblər.  MQF Xəbər