İnsan alveri ilə bağlı Xızıda təlim keçirilib
Sep 08,2008 11:55

Müstəqil Hüquq Mərkəzi (MHM) “İnsan alveri bəşəriyyət əleyhinə cinayətdir” mövzusunda dövlət qurumlarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə Xızıda təlim keçirib.

MHM-dən verilən məlumata görə, iştirakçılar mütəxəssislər tərərfindən insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq və yerli təcrübə, müvafiq qanunvericilik barədə məlumatlandırılıb. Təlimdə insan alverinə qarşı mübarizə sahəsində dövlət orqanları, QHT-lər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın təkmilləşdirilməsi yolları haqqında müzakirələr aparılıb. Həmçinin, insan alverinə qarşı mübarizənin forma və üsullarından, bu istiqamətdə regional, milli və beynəlxalq QHT şəbəkəsinin əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, təlimlər MHM-in Norvec Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə və Avrasiya Əməkdaşlıq Fondunun texniki dəstəyi ilə həyata keçirdiyi “İnsan alverinə qarşı məlumatlandırma və insan alveri qurbanlarına hüquqi yardım” layihəsi çərçivəsində təşkil edilib. 

mqfxeber.az