|
QİAM sahibkarlarla Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsinə dair müzakirələr aparır
Sep 07,2008 09:48
Qlobal İqtisadi Araşdırmalar Mərkəzi (QİAM) sentyabrın 3-də Şirvanda sahibkarlar və iş adamları üçün “Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına dair təkliflərin verilməsi” layihəsi çərçivəsində bu mövzuda seminar keçirib. Seminarda iştirakçılara biznes mühitinin əsasları və ona təsir edən amillər, o cümlədən, respublikada müəssisələrin yaradılması, kreditlərin alınması, investorların qorunması, vergilərin ödənilməsi, beynəlxalq ticarət və s. üzrə mövcud vəziyyət haqqında məlumatlar verilib. Həmçinin, respublikada sahibkarlıq mühitinin təkmilləşdirilməsi üzrə müzakirələr aparılaraq yerli sahibkarların da bu istiqamətdə təklifləri dinlənilib.Tədbirdə 30-a yaxın yerli sahibkar iştirak edib. Qeyd edək ki, QİAM bu layihəni avqust-sentyabr ayları müddətində respublikanın müxtəlif regionlarında Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (CİPE, Washington) maliyyə dəstəyilə Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu ilə birlikdə həyata keçirir. mqfxeber.az |