Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun qrant elanı
Apr 09,2008 03:49

Kütləvi İnformasiya Vasitələri Proqramı çərçivəsində 2008-ci il ücün Söz azadlığı, Vətəndaş jurnalistikası və KİV-in inkişafında «New Media»nin imkanları sahəsində qrant müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi vətəndaş jurnalistikasının inkişafı və vətəndaşların demokratik proseslərdə iştirakını artırmaq üçün «New Media» vasitələrindən, o cümlədən bloqlar, podkastlar, videobloqlar, internet foto, video saytlar və media məcmuə və reytinq saytlarından istifadənin gücləndirilməsidir.

Müsabiqənin ümumi fondu: $15,000; Maksimum layihə büdcəsi: $ 5,000

Təfsilat: Uğurlu layihələr cari hadisələr və siyasət araşdırmalarının canlı onlayn müzakirəsinə töhvə verəcək hədəf qruplarını dəqiq müəyyən etməlidir. Onlar eyni zamanda vətəndaş jurnalistikasının yaradılması üçün yeni texnologiyalardan istifadəni nəzərdə tutmalıdır. Bu kateqoriyadan olan layihələr sadə insanların hökümətdən hesabatlıq tələb etmə prosesində «New Media» alətlərinin istifadə oluna bilməsi və zəruriliyi barədə ictimaiyyətin məlumatlılığını artırmalıdır.

Müsabiqəyə qeyri-hökumət təşkilatları, KİV və fərdlər iştirak edə bilər.
Təqdim olunmuş qrant təkliflərini qiymətləndirmək üçün ACİ-YF-nun KİV proqramı aşağıdakı meyarlardan istifadə edəcək:
• Layihənin ideya və yanaşması yeniliyi вя orijinallığı, layihə üzrə təklif edilən fəaliyyətlər isə konkret və ətraflı olmaqla yanaşı, davamlıiş planı ilə əsaslandırılmalıdır.
• Layihə təklifində təşkilatın bu layihəni həyata keçirmək üçün kifayət qədər səriştə, bacarıq və insan resurslarına malik olмасы
• Layihənin büdcəsinin ətraflı tərtib edilməsi və əsaslı olması.
Prioritet aşağıda göstərilən layihələrə veriləcək:
- Ən azı 10 faiz həcmində digər mənbədən təmin olunma
- Digər yerli və beynəlxalq QHT-lər, icma təşkilatları və birliklər, ali məktəblər və universitetlər, resurs mərkəzləri, mərkəzi hökümət və özəl sektorla əməkdaşlığın qurulması
- könüllülük və ölkədaxili regionаlarası şəbəkələşmənin həvəsləndirilməsi

                Layihənin qeydiyyatdan keçirilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
 ACİ – YF-in  Təşkilatlar üçün Qrant Ərizəsi Forması
 Layihənin aydın və dəqiq təsviri (3 səhifədən artıq olmamaq şərti ilə)
 Aydın və real büdcə
 Təşkilatın nizamnaməsi
 Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini təsdiqləyən şəhadətnamə.
 Layihə icraçılarının siyahısı və tərcümeyi - halları 
 Dəstək məktubları (əgər varsa)
 Layihə üzrə digər təşkilatlar əməkdaşlığın mövcudluğunu təsdiq edən məktub (əgər varsa)
Təsdiq olunmuş layihələrin icraçıları, məqsədləri və ümumi büdcəsi ACİ – YF-in illik hesabatında, veb-sayt və press relizlərində açıqlanacaq.

Layihələr
 Azərbaycan dilində (şriftin ölçüsü 12)
 Çap olunmuş və elektron formada ( rbagirov@osi-az.org e-mail ünvanına göndərməklə)
 15 may 2008-ci il saat 15.00-a gədər 
aşağıdakı ünvanda qrant qeydiyyatından keçirilməlidir:
Bakı, AZ 1110, Həsən Əliyev küç., 117A,  ACİ-YF qəbul şöbəsi. Tel: 5643465; 5643466 – 69.

Layihələr üzrə məsləhət-məlumat görüşü 1 may tarixində, saat 15.00 – 17.00-а qədər ACİ – YF konfrans otağında keçiriləcək.
 
Müsabiqə ilə əlaqədar məlumat kontaktları:
Rövşən Bağırova 5643475 (daxili nömrə 311) və yaxud rbagirov@osi-az.org elektron ünvanına “MÜSABİQƏ 2008” başlığı ilə müraciət edə bilərsiniz;
Elanın mətnini və Təşkilat üçün Qrant Ərizəsi formasını www.osi-az.org saytından əldə edə bilərsiniz.