|
Azərbaycan Respublikası Əlillərin Dizayn Assosasiyasının (ƏDA) illik hesabatı
Feb 01,2008 05:54
Azərbaycan Respublikası Əlillərin Dizayn Assosasiyasının (ƏDA) 2007-ci ildəki fəaliyyəti haqqında qısa hesabatı.Azərbaycan Respublikası Əlillərin Dizayn Assosasiyası (ƏDA) Yanvar-Dekabr 2007-ci ildə sponsorların, əməkdaş təşkilatların və fiziki şəxslərin maddi -humanitar yardımı və köməkliyi ilə keçirdiyi tədbirlərin və aksiyaların qısa xülasəsi: 1.Tədbirlər: • 15-19 yanvar 2007-ci ildə 20 Yanvar Fondu ilə birlikdə 20 Yanvar hadisələrinə həsr edilmiş tədbirlərin keçirilməsi; a) 20 Yanvar hadisələrinin şəhid ailələri ilə görüşlər və onlara maddi yardımlar, b) 20 Yanvar hadisələri yad etmə günü ilə bağlı Şəhidlər Xiyabanın Ziyarəti, • 20 Fevral 2007-ci ildə Xocalı soyqirimi faciəsinin il dönümü ilə bağlı Xocalı əlil ailələri ilə görüş və maddi yardımların edilməsi; • 6 Mart 2007-ci ildə Azərbaycan Dövlət Filormaniyasında, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təşkil etdiyi təntənəli bayram şənliklərində, əlil qadın və qızlarımızın əl işlərindən ibarət satış-Sərginin keçirilməsi; • 15-17 mart 2007-ci ildə əlil, yetim uşaqlarımızın kollektiv Sirk tamaşasında iştirakı; • 17-19 Mart 2007-ci ildə Xalqımızın Milli Bayramı olan Novruz Bayramı münasibəti ilə bir sıra əlil, yetim, imkansız ailələrin uşaqları və əlil ailələri üçün Elit, Ad Günü şadlıq evi və restoranında bayram süfrəsinin açılması və bayram hədiyyələrinin paylanması; • 29 may – 01 İyun 2007-ci ildə 20 əlil və yetim uşaqları Dənizkənarı Parka, Gəmi gəzintisinə, Funklyora-Dağüstü və digər gəzintiyə aparılması ; • 25-28 may 1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günü münasibəti ilə əlil və yetim uşaqların əl işlərindən ibarət sərgi təşkil edilmişdir ; • 1 iyun 2007-ci ildə, 1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günü münasibəti ilə 15 əlil uşağa hədiyyələrin (rəsm işləri üçün komplekt, oyuncaqlar, yay köynəkləri) paylanması ; • 15 Sentyabr 2007-ci ildə 18 əlil və yetim uşaqlar üçün Dəniz Kənarı Parkda “Bilik Günü”-nün keçirilməsi və gəzintinin, şirniyyat masasının təşkili; • 20 sentyabr və 11 oktyabrda Ramazan ayı və Bayramı münasibəti ilə bir qrup mömin qardaşların köməkliyi ilə ƏDA-nın imkansız üzvüləri üçün İftar Süfrəsi və Bayrama qida çantası paylanmışdır; • 24 noyabr 2007-ci ildə H.Əliyev Fondunun təşkilatçılığı ilə Təşkilatımızın 30 Əlil uşaqlarına, Çin Xalq Respublikasının Azərbaycanda qastrol səfərində olan Qızıl Şir Əfsanəsi Sirk tamaşaına baxılıb; • 1-3 Dekabr 2007-ci ildə Beynəlxalq Əlillər Günü Münasibət ilə əlil ailələrinin evlərinə baş çəkilməsi. 65 əlil ailəsinə uşaq geyimlərinin, qiqiyenik dəstlərin paylanması; • 16-19 dekabr 2007-ci ildə Bakı Dövlət Sirkinin rəhbərliyinin dəvəti ilə 35 əlil və yetim uşaqlarımızın Moskva Sirk ustalarının tamaşasinda iştirakı; • 20-22 dekabr 2007-ci ildə ƏDA-nın üzvlərinə Türkiyə Cumhiriyyətinin Azərbaycandakı səfirliyinin Dini İşlər üzrə Müşavirliyinin, İİR İmam Xomeyni adına “İmdad” Komitəsinin və Ərəb təşkilatının verdiyi Qurban Bayramı münasibəti ilə verdiyi Qurbanlıq əti paylanıb; • 25 dekabr 2007-ci ildə bizim təşkilatının 200 əlil, yetim və az təminatlı ailələrin uşaqları üçün Neft və Qazçıxarma Həmkarlar İttifaqının yardımı ilə, Dövlət Musiqili Komediya Teatrında hədiyyəli Yen İl Şənliyi və uşaq nağılları əsasında tamaşalar və s tədbirlər keçirilib; • 28-30 dekabr 2007-ci ildə bir qrup üzvülərimiz- əlil uşaqlar və əlil ailələri üçün 31 Dekabr Dunya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl Bayramı münasibəti ilə Samux kafesində bayram şənliyi keçirilmiş və kiçik hədiyyələr verilmişdir; • 01 Yanvardan 25 Dekabr 2007-ci il ərzində əlavə olaraq evlərdə 20 əlil ailəsinə maddi yardımların (qida çantası, uşaq geyimi, dərs ləvazımatı, kommunal xərclərinə) yardım edilib və xəstəxanada (bərpa mərkəzində) yatan 3 əlil uşağ ziyarət edilib; 2. Aksiyalar • 15 İyun 2007-ci ildən “Xəzər Qayğıkeşlik Layihəsi”əsasında bizim təşkilatla əməkdaşlıqda Bakı, Respublikanın digər bölgələrində təmnassız (pulsuz) olaraq, aztəminatlı ailələrin və internatlarda 5-18 yaşlı uşaqları arasında anadangəlmə və sonrdan qazanılmış çəpgözlük, katarakta (mirvari suyu) və digər zədələr və xəstəliklərin müayinəsi, müalicəsi və əməliyyatları aksiyasıyası başlayıb (Hal-hazırda Klinikanın başqa ünvana köçməsi ilə əlaqədar)-qeydiyyat və s. bağlı müvvəqəti dayandırılıb; • Əvvəlki hesabatlarda əlil xəstə uşaqların müalicəsi və əməliyyatı ilə bağlı elə bu saytda məlumat vermişdik, ümumilikdə bir il ərzində: a) Göz müayinəsi əməliyyatı ilə bağlı bizim təşkilatla əməkdaşlıqda Bakı, və Respublikanın digər bölgələrində təmnassız (pulsuz) olaraq, aztəminatlı ailələrin və bəzi internatlarda 5-18 yaşlı uşaqlar arasında anadangəlmə və sonrdan qazanılmış çəpgözlük, katarakta (mirvari suyu) və digər zədələr və xəstəliklərin müayinəsi, müalicəsi və əməliyyatları üçün bu günə gədər Saray 7saylı əqli cəhətdən kəm və fiziki qüsurlu uşaqlat üçün internatlarda daxil olmaqla190 nəfər təşkilatımızın üzvüləri olan uşaqlar olub ki, bunlarda Xüsusi Qayğıya Ehtiyacı olan uşaqlardır; • Anadan gəlmə ürək, üz və digər qüsurlu uşaqlardır ki, bunların çox bahalı müayinəyə, müalicəyə ehtiyacları vardır, artıq 3 uşağın və bir gənc əlilin maliyyə məsələsi həll olunub; 3. Görüşlər, yığıncaqlar və s. Tədbirlər
• 2007-ci il ərzində ƏDA-nın rəhbərliyi və üzvüləri dövlət, yerli və beynəlxalq təşkilatların keçirdiyi konfranslarda, seminarlarda, dəyirmi masalar və görüşlərdə iştirak edib; • ƏDA Əlillərin Hüquqları ilə bağlı 2 dəfə BMM-də və öz ofisində Mətbuat konfransı keçirib; • 10 İyun 2007-ci ildə Azərbaycan Respublikası Əlillərin Dizayn Assosasiyasının (ƏDA) Gəncə Mərkəzinin bərpası ilə əlaqədar Gəncədə Xüsusi Qayğiya Ehtiyacı Olan Uşaqların ailələri ilə görüşün keçirilməsi və eyni zamanda bu ailələrə dəstək məqsədi ilə ehtiyaclarının öyrənilməsi üçün sorğu və araşdırılmaların aparılması ; 4. Təşkilatı Məsəslələr • 11 oktyabr 2007-ci il Gəncə şəhərində Azərbaycan Respublikası Əlillərin Dizayn Assosasiyasının (ƏDA) «Xüsusi Qayğıya Ehtiyacı olan Uşaq və Gənclərə Sosial Hüquqi Yardım üzrə Gəncə Zona Mərkəzi» bərpa olundu; 5. ƏDA-nın davam edən lahiyələrinin xidmətindən yararlananlar a) ƏDA-nın “İnformasiya və Məsləhət Mərkəzinin” xidmətdən istifadə edilmişdir: Sosial, Müalicə, dərman preparatları, Təhsil, İşədüzəltmə, humanitar müalicə və digər Hüquqi müdafiyə ilə bağlı informasiya və məsləhətə ehtiyacı olan əlillər, onların ailələri, uşaqların valdeynləri, qaçqın və məcburi köçkunlər, imkansız ailəllər, QHT-lər, məktəb və internatlar və s. • fiziki şəxşlər, əlillər, əlil, yetim uşaq-yeniyetmələr və ailələri, qaçqın və məcburri köçkünlər, 150 nəfər; • hüquqi şəxslər (uşaq evləri, məktəb-internatlar, reablitasiya mərkəzləri, bəzi məktəb və xəstəxanalar, uşaq bağçaları) il ərzində 15; b) Əlil, Yetim Uşaqlar üçün pulsuz kompyuter kursları davam etmişdir; Proqramlar: • «Təcili sosial yardımlar» (davam edir); • «İstedadlı uşaqlar» (davam edir); • «Yaradıcılıq konkursları və sərgilər» (davam edir) ; • «Bayramdan –Bayrama»; • «Tibbi Yardım” aksiyaları» və s davam edir ; • «Mərhəmət ayları– Ramazan, Kurban, Məhərrəm, Novruz-hər ayın gözəlliyi –hər ayın özəlliyi!»; • «Qan verək – Can yaşadaq»; «Gözlərə çıraq –Qəlblərə nur !»; Adlarının çəkilməsini istəməsələrdə, bu yardımları və dəstəyi göstərən bütün səxsi insanlara, firma və şirkətlərin rəhbərlərinə və əməkdaşlarına təşəkür edirik və Allah razı olsun deyirik!!!
Müracıət: Bütün sayt istifadəçilərinə, Sizdən də xahiş edirik, xeyirxahlıq göstərin, belə aksiyalar haqqında oxuduqlarınızı, ehtiyacı olanlara çatdırın və bu yolla Sizdə çox xeyirxah iş görmüş olursunuz! Bütün ixtisaslardan olan gələcəyin, həkimləri, tibb işçiləri, hüquqşünaslar, sosiloqlar, jurnalistlər, pedaqoqlar, loqopedlər, xarici dillər, rəssamlar, tətbiqi sənət, rejissor, iqtisadçı, kompyuter biliciləri və digər mütəxəssislər olacaq tələbələrin nəzərinə, əlil, yetim və digər ehtiyaclı uşaqlarala və işləyərək, gözəl həyatı təcürbəyə malik olmaq və ya hər hansı biriniz boş vaxtlarınızı xeyirxah işlərə sərf etmək istəyirsinizmi ? Onda bizə müracıət edin ! Məlumat üçün əlaqə : Bakı ş. Talıblı küç. 26, (Metro İnşaatçılar, Eksperimental xəstəxana ilə üzbəüz ) Tel./fax : +994 12 497 64 73, 432 10 60 (dispetçerlər), iş vaxtı 1-6 günlər, hər gün 10:00-dan 18:00-dək (Rauf) mob. +994 12 050 311 39 28 (Solmaz Əzizova); Email : salmazaz@rambler/ru; solmaz.azizova@gmail.com adiar1@azeronline.com
Azərbaycan Respublikası Əlillərin Dizayn Assosasiayisının(ƏDA) prezidenti, Milli QHT Forumun İdarə Heyətinin üzvü
Solmaz Əzizova
|