|
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin 2007-ci il fəaliyyəti ilə əlaqədar hesabatı
Dec 28,2007 05:22
2007-ci ilə yekun vuraraq “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin 1 illik fəaliyyəti haqqında aşagıdakıları qeyd etmək istərdik: Bu il ərzində 22 tədbir keçirmişik. Bir neçə ictimai birliklə əməkdaşlıq etmiş, onalarla birgə tədbirlər təşkil etmişik: • Axısxa Türklərinin “Vətən” Cəmiyyəti ilə birlikdə 2 tədbir: 22 fevral 2007-ci ildə “Xocalı soyqırımı və axısxa türkləri” adlı dəyirmi masa və 31 mart 2007-ci ildə Xaçmaz rayonunda azərbaycanlıların soyqırımı ilə əlaqədar tədbir; • “Deportasiya” ictimai birliyi ilə birlikdə 2 tədbir: 23 aprel 2007-ci ildə “Qondarma erməni soyqırımı: tarixi həqiqətlər və reallıqlar” adlı dəyirmi masa və 7 may 2007-ci ildə “Şuşasız keçən 15 il” adlı tədbir. Tələbə və gənclər arasında vətənpərvərlik ruhunu daha da inkişaf etdirmək üçün 3 tədbir keçirmişik: • 31 mart 2007-ci ildə Azərbaycan Dövlət Dillər Universitetində Tələbə-Gənclər Təşkilatı ilə birlikdə azərbaycanlıların soyqırımı ilə əlaqədar tədbir; • 23 aprel 2007-ci ildə Bakı Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatı ilə birlikdə “Qondarma erməni soyqırımı: tarixi həqiqətlər və reallıqlar” adlı tədbir; • 07 may 2007-ci ildə Qərb Universitetinin Tələbə-Gənclər Təşkilatı ilə birlikdə “Şuşasız keçən 15 il” adlı tədbir. Bir sərgi və bir kitab təqdimatı təşkil etmişik: • 10 mart 2007-ci ildə Тофиг Исмайылов адына Ушаг Эянъляр Йарадыъылыг Сарайында iътимаи bирлийин цзвц Нурланə Мяммядованын Qarabağ mövzusunda çəkdiyi rəsm əsərlərinin sərgisi; • 18 aprel 2007-ci ildə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Qazaxstan təşkilatının sədri, milliyətcə axısxa türkü olan Allahverdi Piriyev və birliyin axısxa türkləri üzrə əlaqələndiricisi Sevil Piriyevanın yazdıqları “Türksüz qalan Ahıskam” kitabının təqdimatı. 5 mətbuat konfransı keçirmişik: • 19 mart 2007-ci ildə, 04 aprel 2007-ci ildə, 21 iyun 2007-ci ildə, 22 avqust 2007-ci ildə 24 dekabr 2006-ъы илдя ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Samir Məmmədovun qaytarılmasi ilə əlaqədar Bərdə rayonunun Yeni Əyricə kəndində yaşayan valideynlərinin iştirakı ilə; • 11 dekabr 2007-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən KIBATEK-in (Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatı Kurumu) onuncu ildönümü və eyni zamanda XXII Beynəlxalq Qurultayında İctimai Birliyin sədri Esmira Orucovanın iştirakı ilə əlaqədar. İctimai Birliyin sədri Esmira Orucova 8 görüş keçirib: • 13 yanvar 2007-ci ildə Axısxa Türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov və ”Həsrət Yolu” ƏGKİB-nin Qazaxstan təşkilatının sədri Allahverdi Piriyevlə; • 19 fevral 2007-ci ildə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi Zeki Qazıoğlu ilə; • 23 fevral 2007-ci ildə Бейнялхалг Гырмызы Хач Комитясинин Bakı ofisinin rəhbəri Martin Amaşer ilə; • 31 mart 2007-ci ildə Xaçmaz rayonunda Azərbaycanın müxtəlif rayonlarında yaşayan və erməni əsir və girovluğundan qayıtmış axısxa türkləri ilə; • 08 may 2007-ci ildə TİKA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Serhat Küçükkurt ilə; • 11 iyun 2007-ci ildə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu ilə; • 23 avqust 2007-ci ildə Türkiyə Cumhiriyyətinin Azərbaycandakı səfirliyinin Diyanet müşaviri Muzaffer Şahin ilə; • 13 sentyabr 2007-ci ildə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ilə. İctimai birliyin nəzdində 01 iyun 2007-ci ildə girov götürülüb, sonradan azad edilmiş və ya ailə üzvlərindən əsir və girovluqda olan, itkin düşmüş hesab edilən qadınlar üçün pulsuz hüquq məsləhətxanası və 13 dekabr 2007-ci ildə əsir və itkin düşmüş, girov götürülmüş və ya erməni əsir və girovluğundan azad edilmiş soydaşlarımızın övladları üçün pulsuz kompüter kursu təşkil edilib. İctimai birliyin üzvlərinə 11 oktyabr 2007-ci ildə Ramazan bayramı münasibətilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin Dini İşlər üzrə Müşavirliyi və Gəncliyə Yardım Fondunun bayram sovqatını paylamaşıq. 13 oktyabr 2007-ci ildə isə “Qurd Qapısı” restoranında əsir, girov və itkin düşmüş soydaşlarımızın ailə üzvləri, əsirlikdən azad edilmiş şəxslər üçün Ramazan bayramı təşkil etmişik. 20-22 dekabr 2007-ci ildə ictimai birliyin üzvlərinə Türkiyə Cumhiriyyətinin Azərbaycandakı səfirliyinin Dini İşlər üzrə Müşavirliyinin, Gəncliyə Yardım Fondunun və İİR İmam Xomeyni adına “İmdad” Komitəsinin verdiyi Qurban ətini paylamışıq. 21 noyabr 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda “www.hesretyolu.az” saytının təqdimatını keçirmişik. 2007-ci fəaliyyət ili ərzində ictimai birliyimizə əsir, girov, itkinlərin ailə üzvləri və erməni əsirliyindən azad edilmiş şəxslər tərəfindən müxtəlif problemlərlə bağlı 12 ərizə daxil olub. Müraciət edənlərin 6-sı erməni əsirliyindən qayıtmış soydaşlarımızdır. Bunlarla əlaqədar biz aidiyyəti orqanlara müraciət etmişik. Şikayətlərin 10-u öz müsbət həllini tapıb. I Qarabağ müharibəsi zamanı ailərinin itkin düşmüş hesab etdiyi 15 nəfər soydaşımızın yaxınları əzizlərinin taleyinə aydınlıq gətirmək üçün bizə müraciət edib. Onların 13 nəfərinin “Bizi əsirlikdən qurtarın” kitabında şahid ifadələrinə əsasən əsir götürüldüyü haqqında məlumat verilib. 2 nəfər haqqında məlumatımız olmadıgı üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupuna yazılı şəkildə müraciət etmişik. Dekabr ayının 1-dən 5-nə qədər Türkiyənin İzmir şəhərində KIBATEK-in onuncu ildönümü və eyni zamanda XXII Beynəlxalq Qurultayı keçirilib. Ənənəyə görə KIBATEK-in qurultayı hər il dekabr ayının birinci həftəsində İzmir şəhərində keçirilir. Məqsəd Türk dövlətləri və türklərin toplum halında yaşadıqları ölkələrin ziyalılarını, o cümlədən ədəbiyyatçıları, dilçiləri, tarixçiləri, tədqiqatçıları bir yerə toplamaqdır. Qurultaya Kuzey Kıbrıs Türk Cümhuriyyətindən, Bolqarıstandan, Bosniyadan, Makedoniyadan, Batı Trakiyadan (Yunanıstan), İraqdan, Suriyadan, Almaniyadan, Ruminiyadan, Macarıstandan, Tükiyənin müxtəlif şəhərlərindən və Azərbaycandan nümayəndələr dəvət olunmuşdular. Tədbirdə Azərbaycanı 2 nəfər – Türk Dünyasında böyük xidmətləri olan “Vektor” Beynəlxalq Elm Mərkəzinin qurucu prezidenti, dünyanın bir çox akademiyalarının fəxri doktoru və professoru adına layiq görülmüş, texnika elmləri doktoru, professor, şair-publisist Elçin İsgəndərzadə və "Həsrət yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Doktoru, şərqşünas – türkoloq Esmira Orucova təmsil edib. Qurultayda Qarabağ müharibəsi zamanı əsir, girov və itkinlərlə, xüsusilə də axısxa türkləri ilə bağlı apardığı araşdırmalara və türkoloq olduğuna görə Esmira Orucova KIBATEK-ə üzv seçilib. İctimai birliyin sədri Esmira Orucova 9 mart 2007-ci ildə Bakı şəhərində keçirilmiş Türk və Azərbaycan diasporalarının IX forumunda, 17-19 noyabr 2007-ci ildə Bakı şəhərində keçirilmiş Türk Dövlət və Təşkilatlarının XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında və daha bir neçə mühüm tədbirlərdə iştirak edib. 08 oktyabr 2007-ci ildə "Həsrət yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova əsir və girovlarla bağlı apardığı tədqiqatlarına görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Doktoru adına layiq görülüb, Dünya Azərbaycanları Konqresinin Azərbaycan Nümayəndəliyinin əsir və itkinlər üzrə bölməsinə başçı seçilib.
|