Milli QHT Forumunun elektron qəzeti

Seçilmişlərə əlavə et
Ev səhifəsi et
Xəbər qrupuna abunə ol


 
 

  Media Forum
 
QHT hesabatları : QHT-lərə Dövlət Dəstəyi Şurası illik maliyyə hesabatlarının verilməsində QHT-lərə yardım göstərəcək
QHT-lərə Dövlət Dəstəyi Şurası illik maliyyə hesabatlarının verilməsində QHT-lərə yardım göstərəcək

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası illik maliyyə hesabatlarının verilməsində QHT-lərə kömək edəcək. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QHT-lərin 1 aprel 2010-cu il tarixədək Milli Mühasibat Uçotu Standartlarına əsasən nəzərdə tutulan hesabatları Maliyyə Nazirliyinə təqdim etməsi üçün Şuranın Maliyyə Nazirliyi ilə birgə apardığı iş intensivləşir. 
Şura və Maliyyə Nazirliyi rəhbərliyinin əldə etdiyi razılaşmalara uyğun olaraq, hesabatların tərtibi üçün QHT mühasiblərinə məsləhətçi xidməti göstərəcək 15 nəfərdən ibarət qrup yaradılıb və siyahı Maliyyə Nazirliyinə təqdim edilib. Bu gün qrup üzvləri Maliyyə Nazirliyində ilk təlim keçib. Fevralın 10-dan etibarən Şuranın yaratdığı siyahıda qeydiyyata düşmüş QHT-lər məsləhətçilər arasında bölüşdürüləcək və onlara məsləhət xidməti təşkil ediləcək. 
Hesabatların toplanması qanunvericiliklə Maliyyə Nazirliyinə həvalə edilib. Hesabat təqdim etməyən QHT-nin İnzibati Xətalar Məcəlləsinə əsasən 2500 manat cərimə ödəməlidir. Bunu nəzərə alan Şura tərəfdaş təşkilatlara kömək məqsədilə könüllü olaraq ilk hesabatların toplanması prosesinə yardım etməyi qərara alıb.
Region QHT-ləri üçün məsləhət xidməti həmin mütəxəssislərin bir qrupu tərəfindən Quba, Qəbələ, Şirvan, Mingəçevir və Şəmkir şəhərlərində həyata keçiriləcək.

apa.az


379 dəfə oxunub
 

1 2 3 4 5
 
Rating: 5.00Rating: 5.00Rating: 5.00Rating: 5.00Rating: 5.00 (cəmi 2 səs)
Bu mövzuya uyğun gələn xəbər tapılmadı
Bu mövzuya uyğun digər xəbərlər
 

Prezidentin QHT-lərə dəstəklə bağlı sərəncamını necə qiymətləndirirsiniz?
 
Nəticələr
 

Copyright © 2007 Milli QHT Forumu. Butun haqqları qorunur. | email: safar-forum@mail.ru
De-mar.net Studiyasında hazırlanıb.