QHT tribunası : Böyük azərbaycanlı… | ||||||||||||||||||||||
Görkəmli alim Lütfi Zadənin doğum günüdür. O, 1921-ci il fevralın 4-də İçərişəhərdə yaşayan əslən Güney Azərbaycandan olan Rəhim Ələsgərzadənin ailəsində doğulub. O, dünyaya göz açanda çox təzadlı və ziddiyyətli dövr idi.Lütfi ilk təhsilini Bakıdakı 16 nömrəli məktəbdə alıb. 1932-ci ildə Sovet Hökuməti İran vətəndaşları olan azərbaycanlılarla bağlı yeni fərman verib. Bu fərmana görə onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib İrana qayıtmalı idilər. Ələsgərzadələr ailəsi Sovet hakimiyyəti qurulandan sonra baş verən hadisələrdən narazı olduğundan İranın paytaxtı Tehrana köçmək qərarına gəlib. Balaca Lütfi o vaxt Bakıda rusdilli məktəbin üçüncü sinfini yeni bitirmişdi. Tehrana köçdükdən sonra Lütfi Zadə təhsilini amerikalıların Albors missioner Kollecində davam etdirib. Bu məktəbdə Amerika elmi və mədəniyyəti haqqında geniş məlumat əldə etməsi onu okeanın o tayına cəlb edib. L. Zadə orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik Mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı 1944-cü ildən başlayır. L.Zadə Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra ABŞ-a gedib təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına aparan Lütfi artıq həmin vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt L.Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyyəsilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə işə düzəlib. Orada ilk vaxtlar bir qədər çətinlikler çəkən böyük alim sonralar şəraitə uyğunlaşıb və bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalır. Bu gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. L.Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsidir. Aparıcı dünya şirkətlərinə inanılmaz məbləğdə gəlir gətirən bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb edib və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. L.Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırıb. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto ve videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafatla - "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da gec də olsa, L.Zadə nəzəriyyəsinin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. İndi həmin nəzəriyyə ABŞ-ın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. L.Zadə eyni zamanda "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. L.Zadə Amerikadakə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Berkli şəhərində onun adına İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu yaradılıb. Böyük alimin NATO və NASA kimi məşhur təşkilatların aparıcı mütəxəssislərindən biridir. Lütfi Zadə orijinal elmi ideyalar irəli sürən və yeni elmi istiqamətləri müəyyən edən nadir alimlərdəndir. O, dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib. L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Dahi alim Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvüdür. L.Zadənin Nəriman adında bir oğlu və Sitarə adında bir qızı var. Oğlu Nyu-Yorkda kompüter proqramlarının tərtibi və satışı sahəsində çalışır. Qızı isə prodüsserdir. Xaricdə yaşayan L.Zadə heç vaxt azərbaycanlı olduğunu gizlətməyib və həmişə bununla qurur duyduğunu bildirib. qhtxeber.az 71 dəfə oxunub | ||||||||||||||||||||||
|
| ||||||||||||||||||||||
| ||||||||||||||||||||||
| ||||||||||||||||||||||
VCU “2010-cu ilin parlament seçkiləri: problemlərin aradan qaldırılma yolları” ətrafında ictimaiyyəti bir araya topladı
Davutoğlu Naxçıvana gəlib: “Şəhid qardaşlarımıza rəhmət diləyirəm"
İsmayıl Ömərova Çingiz Aytmatov diplomu verilib
Bakıda prezidentlərin görüşü olacaq
Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub
Bu gün Dövlət Bayrağı Meydanın rəsmi aşılışı olacaq
Prezident minimum əmək haqqı və əmək pensiyalarını artırdı
Elmira Süleymanova: “Mübariz İbrahimovun meyitinin alınması üçün mən təkcə Ombudsman yox, həm də ana olaraq əlimdən gələni etməyə hazıram”
Bütün xəbərlər...
Daha bir layihənin icrasına başlanıldi
Azay Quliyev: "80 QHT-nin layihəsi texniki ekspertizadan keçməyib"
Film böyük maraqla qarşılandı
Şura və ACİ-YF arasında əməkdaşlıq memorandumu imzalandı
“Azərbaycanda Demokratik seçki proseslərinin möhkəmləndirilməsi və inkişafı”
“Azərbaycan bələdiyyə sistemi: reallıqlar və problemlər” mövzusunda dəyirmi masa keçirilib
Yaxın vaxtlarda QHT sektorundan bəhs edən “Dayaq.az” qəzeti fəaliyyətə başlayacaq
“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi yekunlaşıb
Bütün xəbərlər...
Dünyanın gələcək liderlərini birləşdirməyə yönəldilmiş beynəlxalq layihə
İsrailin Hadera şəhərində Heydər Əliyevin adını daşıyan xiyabanın açılışı olub
Hikmət Eren: “Hər iki ölkənin QHT-lərinin bir araya gəlməsi gərəkdir” - MÜSAHİBƏ
Dünya QHT-ləri Assosiasiyası haqqında
Estoniya Prezidenti: “Azərbaycan Avropanın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir”
Beynəlxalq Diaspor Mərkəzi Xocalı soyqırımı ilə bağlı tədbir keçirdi
Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının ildönümü ilə bağlı dinləmələr keçiriləcək
Azərbaycan nümayəndə heyəti Türkiyə Könüllülər Forumunda iştirak edəcəklər
Bütün xəbərlər...
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYADA MƏTBUAT ÜÇÜN BƏYANATI
"Könüllülük fəaliyyəti haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı
ANKET SORĞUSU (nümunə)
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına (nümunə)
ELAN
Diqqət! Diqqət! Bütün QHT-lərin nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
Bütün xəbərlər...
QHT-lərə Dövlət Dəstəyi Şurası illik maliyyə hesabatlarının verilməsində QHT-lərə yardım göstərəcək
Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu hesabat verdi
Yeni Yazarlar və Sənətçilər Qurumunun 2008-ci il üçün hesabatı
"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin 2008-ci ildəki fəaliyyəti haqqında hesabatı
Azərbaycan Respublikası Əlillərin Dizayn Assosasiyasının (ƏDA) illik hesabatı
“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı ictimai birliyi
Demokratik Jurnalistlər Liqası 2007-ci ilin son 6 ayı üzrə monitorinqin nəticələrini açıqlayıb
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin 2007-ci il fəaliyyəti ilə əlaqədar hesabatı
Bütün xəbərlər...
Qadın Proqramı üzrə keçirilmiş kiçik qrant müsabiqəsinin nəticələri
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun qrant elanı
"Avrasiya-kredit" MMC fəaliyyətə başlayıb
Tələbə qrant proqramı
Yeni Fond vətəndaş cəmiyyəti quruculuğuna qoşulacaq
Diqqət! Qrant proqramı!
Diqqət, qrant! Tələbə qrant proqramı
Gəncədə yerli QHT-lərin I Forumu keçirildi
Bütün xəbərlər...
MQF Şəmkir RQRTM-i ölkənin qərb regionunda yerli QHT-lər üçün təlimlər həyata keçirir
“Erkən nikahlar insan hüquqları pozuntusu kimi ” mövzusunda dəyirmi masa keçirilib
İnsan alveri ilə bağlı Xızıda təlim keçirilib
QİAM sahibkarlarla Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsinə dair müzakirələr aparır
QHT-lərin institusional inkişafina dəstək layihəsi həyata keçirilir
“Su ehtiyatlarının idarə edilməsində gender amillərinin nəzərə alınması həlledici məqsəddir” layihəsi uğurla həyata keçirilir
Keçmiş məhbuslarla görüş küçirildi
Şəhər ağsaqqalları və polis veteranları ilə görüş
Bütün xəbərlər...
Hüquqi məsləhət
Milli QHT Forumu medianı mükafatlandıracaq
Maliyyə hesabatı və cərimələrlə bağlı dəyirmi masa
DİQQƏT: QHT-lərin nəzərinə
DİQQƏT! Müsabiqədən keçmiş QHT rəhbərlərinin nəzərinə!
GMB maliyyə hesabatlarının düzgün tərtibi istiqamətində QHT-lərə dəstəyini davam etdirir.
Novruz bayramında yeddi gün istirahət edəcəyik
Gələn həftə Azərbaycanda beynəlxalq İKT sərgisi keçiriləcək
Bütün xəbərlər...Copyright © 2007 Milli QHT Forumu. Butun haqqları qorunur. | email: safar-forum@mail.ru
De-mar.net Studiyasında hazırlanıb.
De-mar.net Studiyasında hazırlanıb.
