QHT tribunası : Press-reliz | ||||||||||||||||||||||
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 2009-cu il üçün gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2009-cu ilin iyun ayının 12-dən iyul ayının 12-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş maliyyə (qrant) müsabiqəsinə Yeni Yazarlar və Sənətçilər Qurumunun “Gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş” bölümü üzrə “Yeniyetmə və gənclər üçün Virtual İnternet Kitabxananın yaradılması” Kulturoloji - İnnovativ Layihəsini təqdim edərək qalib gəlmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən layihənin aktuallığı və innovativliyi nəzərə alınaraq onun qismən maliyyələşdirilməsi qərarı verilib. Yeni Yazarlar və Sənətçilər Qurumu 2009-cu ilin dekabr ayının yarısından “Yeniyetmə və gənclər üçün Virtual İnternet Kitabxananın yaradılması” Kulturoloji - İnnovativ Layihəsini həyata keçirməyə başlayıb. Layihə aşağıdakı məqsədlərlə həyata keçirilir: Azərbaycan Respublikasında, eləcə də xaricdə yaşayan azərbaycanlı uşaq və yeniyetmələr üçün www.kitabxana.net şəbəkə ünvanlı Elektron İnternet Portalı – Milli Virtual Kitabxana yaradılır; yeniyetmə və gənclərin mənəvi-estetik dünyagörüşlərini formalaşmasından ötrü İnternet və e-kitablar, hazırlanır, qlobal informasiya şəbəkəsində pulsuz istifadə üçün yerləşdirilir; yeni nəsilə ünvanlanmış klassik, dünya, həmçinin milli ədəbiyyat və kitabların, əsərlərin təbliği, onların İnternet resursunda – Milli Virtual Kitabxanada yerləşdirilir; gənc nəslin nümayəndləri üçün bloq portalını hazırlanır, onları anadilli İnternet resurslarını zənginləşdirməyə həvəsləndirilir, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini dünyaya yaymaqda ən yeni texnologiyalardan yararlanmağı öyrədilir; yeni nəslin nümayəndələrində innovativ şəbəkə - elektron oxu və yazı mədəniyyətinin aşılanır; milli, anadilli İnternet – şəbəkə resurslarımızın zənginləşdirilir; yeniyetmə və gənclərin yazdıqları əsərləri İnternet səhifələr – bloqlar formasında nəşrə hazırlanır və şəbəkər resursunda yerləşdirilir; milli-mənəvi dəyərlərinin qorunması, inkişafı, tanınması istiqamətində dünya azərbaycanlı gəncləri həvəsləndirilir, bir araya gəlməsinə çalışılır, çağdaş estetik-bədii söz sənətimizin zənginləşməsinə təkan verilir və b... Yeni nəslin müasir texnologiyalarla işləmək, fərqli – İnternetdəki şəbəkə resurslarından oxumaq, elektron yazı mədəniyyətinə yiyələnmək, ana dilimizdə gənclərəyönəli milli internet resursları ilə təmin etmək, gənc İnternet-şəbəkə istifadəçiləri üçün Milli Virtual Kitabxana yaratmaq, onların elektron gündəliklərini – bloq portalını yaratmaq, Elektron kitabları nəşrə hazırlamaq, mobil rabitə vasitələrindən – e-kağız və e-kitablardan yararlanaraq ciddi əsərləri, elmi mətnləri mütaliə etmək, İnternet yazı müsabiqələrinin təşkili və başqa formalardan yararlanaraq ölkəmizdəki yeniyetmə və gənclərin, eləcə də dünyada yaşayan 50 milyonluq soydaşlarımızın yarısından çoxunda Vətənə, dövlətçiliyimizə, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, milli-mənəvi dəyərlərinə, ədəbi-mədəni sərvətlərimizə, ana dilimizə, Azərbaycançılıq məfkürəsinə marağı gücləndirmək, eyni zamanda, gənc nəslin Qlobal İnformasiya Şəbəkəsində “Virtual Azərbaycan”ı qurmaqda iştirakını təmin etməkdir. Layihə Azərbaycanda və xaricdə yaşayan yeniyetmə və gənclərin təlim-tərbiyyəsi, intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, Virtual Kitabxanadan yararlanması, yeni nəslin yaradıcı təfəkkürünün inkişafı, şəbəkədən istifadənin səmərəliyinin artırılması baxımından çox gərəkli nəticələr ortaya qoyacaq. Çağdaş ədəbiyyat və yeni nəsil nümayəndələri üçün nəzərdə tutulmuş Virtual Kitabxana, milli kompyuter və şəbəkə resurslarının yaradılmasına təkan veriləcək, azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olaçaq, dünyada yaşayan azərbaycanlı gənclərin – xüsusən tələbələrin sosial elektron şəbəkəsinin yaradılmasına təkan verəcək, azərbaycanlı yeniyetmələrin elektron ünsiyyətini möhkəmləndirəcək, yeni şəbəkə ədəbiyyatı nümunələri yaranacaq, yazıçılarımızın gənclərə ünvanlanmış ədəbiyyat, poeziya, bilgili əsərlərin yazılmasına həvəsləndirəcək, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyətini formalaşdıracaq: bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oхucu kütləsinə tanıdacaq, bunu həm e-kitab, həm də veb-sayt vasitəsilə nail olunacaq. Ən əsası isə gələcəkdə tələbatı yüksək olacaq Milli Virtual Kitabxana yaradılacaq. Eyni zamanda bu Kulturoloji Layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan azərbaycanlı uşaq və gənclərini bir şəbəkə ətrafında birləşməyə dəvət edəcəkdir. Nəzərdə tutulan İnternet portalı – Milli Virtual Kitabxana hazır olandan sonra Azərbaycan Yazıçılar Birliyində mətbuat və televiziyanın, habelə layihədə əməyi olan şəxsləri, tənqidçi və ədəbiyyatşünasların, kitabхana və təhsil işçilərinin, eləcə də QHT nümayəndələrinin, hökumət rəsmilərinin də dəvət olunduğu mətbuat konfransı və təqdimat mərasimi keçiriləcək, Virtual Kitabxana – İnternet resurs onlara təqdim olunacaq, M.F.Aхundov adına Milli Kitabхanaya (ölkənin ən böyük kitab saхlanğıcısına), Mədəniyyət və Turizm Nazirliyinin və Təhsil Nazirliyinin şəbəkələrində yaymadan ötrü, həmçinin Bakı Dövlət Universitetinin, eləcə də AMEA-nın elmi-tədqiqat institutlarının, Azərbaycan Pedaqoji Universitetinin kitabхanalarına, xarici ölkələrin Bakıdakı səfirliklərinə, dünyanın aparıcı elm və ali təhsil ocaqlarına, Azərbaycanın xarici ölkələrdəki elçiliklərinə, diaspora qurumlarına layihə barədə rəsmi məlumatlar veriləcək. Eyni zamanda mətbuat işçilərinə və ədəbiyyat mütəхəssislərinə elektron resurs barədə informasiya paylanacaqdır ki, bu da layihənin həm peşəkarlar tərəfindən həm ədəbi-kulturoloji, həm ictimai-mədəni dəyəri haqqında müzakirələr aparılacaq, mətbuatda işıqlandırılmasına şərait yaradacaq, gənclərin intellektual səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır. Gələcəkdə elmin və ədəbiyyatın müxtəlif sahələrinə aid sahə elektron kitabxanaları, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək Portallar yaradılacaq, Milli Virtual Kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet Kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Layihənin sonrakı mərhələsində gənclərə aid şeir, nəsr, elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli folklor nümunələri portalda yer ayrlacaq. Sonuncu mərhələ kimi kitablarınn elektron versiyası hazırlanır ki, bu layihə bitdikdən sonra gerçəkləşdirilir və saytın hazırlanması yerli resurslar hesabına gerçəkləkləşdiriləcəkdir. Gənclər sektoru, müxtəlif nəsil gəncləri, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq, Azərbaycan haqqında, onun milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək. Layihəylə əlaqədar işçi qrup formalaşdırılıb, eləcə də yaradıcı və texniki heyət müəyyənləşdirilib, onlar ilkin işləri tamamlayaraq Qafqazda analoqu olmayan Virtual Kitabxana və yaradıcı-intellektual innovativ şəbəkə resursunu zənginləşdirməyə başlayıblar. Layihəylə əlaqədar maraqlananlar www.kitabxana.net İnternet ünvanlı portala müraciət edə bilərlər. YYSQ İdarə Heyəti və yeni nəsil yazarlar üzrə “Yeniyetmə və gənclər üçün Virtual İnternet Kitabxananın yaradılması” Kulturoloji - İnnovativ Layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Naziri cənab Azad Rəhimov, eləcə də Nazirliyin əməkdaşları simasında dövlətimizə minnətdarlığını bildirirlər. Yeni Yazarlar və Sənətçilər Qurumu Analitik-İnformasiya Bölümü
115 dəfə oxunub | ||||||||||||||||||||||
|
| ||||||||||||||||||||||
| ||||||||||||||||||||||
| ||||||||||||||||||||||
VCU “2010-cu ilin parlament seçkiləri: problemlərin aradan qaldırılma yolları” ətrafında ictimaiyyəti bir araya topladı
Davutoğlu Naxçıvana gəlib: “Şəhid qardaşlarımıza rəhmət diləyirəm"
İsmayıl Ömərova Çingiz Aytmatov diplomu verilib
Bakıda prezidentlərin görüşü olacaq
Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub
Bu gün Dövlət Bayrağı Meydanın rəsmi aşılışı olacaq
Prezident minimum əmək haqqı və əmək pensiyalarını artırdı
Elmira Süleymanova: “Mübariz İbrahimovun meyitinin alınması üçün mən təkcə Ombudsman yox, həm də ana olaraq əlimdən gələni etməyə hazıram”
Bütün xəbərlər...
Daha bir layihənin icrasına başlanıldi
Azay Quliyev: "80 QHT-nin layihəsi texniki ekspertizadan keçməyib"
Film böyük maraqla qarşılandı
Şura və ACİ-YF arasında əməkdaşlıq memorandumu imzalandı
“Azərbaycanda Demokratik seçki proseslərinin möhkəmləndirilməsi və inkişafı”
“Azərbaycan bələdiyyə sistemi: reallıqlar və problemlər” mövzusunda dəyirmi masa keçirilib
Yaxın vaxtlarda QHT sektorundan bəhs edən “Dayaq.az” qəzeti fəaliyyətə başlayacaq
“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi yekunlaşıb
Bütün xəbərlər...
Dünyanın gələcək liderlərini birləşdirməyə yönəldilmiş beynəlxalq layihə
İsrailin Hadera şəhərində Heydər Əliyevin adını daşıyan xiyabanın açılışı olub
Hikmət Eren: “Hər iki ölkənin QHT-lərinin bir araya gəlməsi gərəkdir” - MÜSAHİBƏ
Dünya QHT-ləri Assosiasiyası haqqında
Estoniya Prezidenti: “Azərbaycan Avropanın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir”
Beynəlxalq Diaspor Mərkəzi Xocalı soyqırımı ilə bağlı tədbir keçirdi
Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının ildönümü ilə bağlı dinləmələr keçiriləcək
Azərbaycan nümayəndə heyəti Türkiyə Könüllülər Forumunda iştirak edəcəklər
Bütün xəbərlər...
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYADA MƏTBUAT ÜÇÜN BƏYANATI
"Könüllülük fəaliyyəti haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı
ANKET SORĞUSU (nümunə)
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına (nümunə)
ELAN
Diqqət! Diqqət! Bütün QHT-lərin nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
Bütün xəbərlər...
QHT-lərə Dövlət Dəstəyi Şurası illik maliyyə hesabatlarının verilməsində QHT-lərə yardım göstərəcək
Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu hesabat verdi
Yeni Yazarlar və Sənətçilər Qurumunun 2008-ci il üçün hesabatı
"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin 2008-ci ildəki fəaliyyəti haqqında hesabatı
Azərbaycan Respublikası Əlillərin Dizayn Assosasiyasının (ƏDA) illik hesabatı
“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı ictimai birliyi
Demokratik Jurnalistlər Liqası 2007-ci ilin son 6 ayı üzrə monitorinqin nəticələrini açıqlayıb
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin 2007-ci il fəaliyyəti ilə əlaqədar hesabatı
Bütün xəbərlər...
Qadın Proqramı üzrə keçirilmiş kiçik qrant müsabiqəsinin nəticələri
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun qrant elanı
"Avrasiya-kredit" MMC fəaliyyətə başlayıb
Tələbə qrant proqramı
Yeni Fond vətəndaş cəmiyyəti quruculuğuna qoşulacaq
Diqqət! Qrant proqramı!
Diqqət, qrant! Tələbə qrant proqramı
Gəncədə yerli QHT-lərin I Forumu keçirildi
Bütün xəbərlər...
MQF Şəmkir RQRTM-i ölkənin qərb regionunda yerli QHT-lər üçün təlimlər həyata keçirir
“Erkən nikahlar insan hüquqları pozuntusu kimi ” mövzusunda dəyirmi masa keçirilib
İnsan alveri ilə bağlı Xızıda təlim keçirilib
QİAM sahibkarlarla Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsinə dair müzakirələr aparır
QHT-lərin institusional inkişafina dəstək layihəsi həyata keçirilir
“Su ehtiyatlarının idarə edilməsində gender amillərinin nəzərə alınması həlledici məqsəddir” layihəsi uğurla həyata keçirilir
Keçmiş məhbuslarla görüş küçirildi
Şəhər ağsaqqalları və polis veteranları ilə görüş
Bütün xəbərlər...
Hüquqi məsləhət
Milli QHT Forumu medianı mükafatlandıracaq
Maliyyə hesabatı və cərimələrlə bağlı dəyirmi masa
DİQQƏT: QHT-lərin nəzərinə
DİQQƏT! Müsabiqədən keçmiş QHT rəhbərlərinin nəzərinə!
GMB maliyyə hesabatlarının düzgün tərtibi istiqamətində QHT-lərə dəstəyini davam etdirir.
Novruz bayramında yeddi gün istirahət edəcəyik
Gələn həftə Azərbaycanda beynəlxalq İKT sərgisi keçiriləcək
Bütün xəbərlər...Copyright © 2007 Milli QHT Forumu. Butun haqqları qorunur. | email: safar-forum@mail.ru
De-mar.net Studiyasında hazırlanıb.
De-mar.net Studiyasında hazırlanıb.
