QHT tribunası : AZAY QULİYEV MALİYYƏ NAZİRLİYİ İLƏ RAZILAŞMANIN TƏFƏRRÜATLARINI AÇIQLADI | ||||||||||||||||||||||
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev yanvarın 28-də maliyyə nazirinin birinci müavini İlqar Fətizadə ilə görüşüb. Görüşdə QHT-lərin milli mühasibat uçotu standartlarına keçidi, Maliyyə Nazirliyinə verəcəyi illik maliyyə hesabatlarının təqdimetmə qaydaları, bu sahədə bilik və bacarıqlarının artırılması və yarana biləcək mümkün çətinliklər müzakirə olunub. Azay Quliyev “Media forum” saytına müsahibəsində əldə olunan razılaşmaların detallarından danışıb.
- İndiyə qədər Azərbaycanda QHT-lərin Maliyyə Nazirliyinə hesabatı praktikası olmayıb. Bu baxımdan bir sıra çətinliklər və suallar yaranıb. Bu istiqamətdə QHT-lərin işini asanlaşdıracaq hansı razılaşmalar əldə edildi və hansı məsələlər açıq qaldı? - Şübhəsiz, ilk təcrübə olduğundan müəyyən çətinliklər var. Bu çətinliklər həm QHT-ləri, həm bizi, həm dövləti, həm də Maliyyə Nazirliyini narahat edir. Biz düşünürük ki, Maliyyə Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Şurası və QHT-lər bir yerdə bu çətinliklərin öhdəsindən gələcək. Yaranan çətinlikləri sıralasaq, ilk yerdə QHT-lərin məlumatlılıq məsələsi durur. Yəni bütün QHT-lər işin qanuni hissəsi ilə bağlı məlumatlı olmalıdırlar. İkinci məsələ hesabatın tərtib edilməsi, üçüncü isə Maliyyə Nazirliyinin hesabatın təqdimatını asanlaşdırmaq istiqamətində hansı köməyi göstərə biləcəyidir. Sadaladığım hər üç çətinliklə bağlı Maliyyə Nazirliyində çox ətraflı və məhsuldar fikir mübadiləsi apardıq. Razılaşdıq ki, 10 mütəxəssisdən ibarət işçi qrupu yaradılsın, QHT-lər üçün təlimlər və məsləhət sessiyaları təşkil edilsin. Eyni zamanda belə qərara gəldik ki, QHT-lərin işini asanlaşdırmaq məqsədilə Maliyyə Nazirliyi hesabatların elektron formada qəbulu üçün proqram hazırlasın. Maliyyə Nazirliyinin rayon şöbələrinin imkanlarından istifadə edilməsi məsələsində də razılığa gəldik. Bu onun üçündür ki, rayonlarda olan və internet imkanı olmayan QHT-lər nazirliyin şöbələrindən hazır hesabat formasını götürə bilsinlər. Daha sonra bütün məlumatlar həm şuranın, həm də Maliyyə Nazirliyinin rəsmi saytına yerləşdiriləcək. QHT-lərə Dövlət Dəstəyi Şurasının ofisinə və rayon maliyyə şöbələrinə müraciət edən QHT-lərə paylanması üçün Maliyyə Nazirliyi 3 min nüsxədə hesabat forması çap etdirəcək. Nazirlikdəki görüşdə maliyyə fəaliyyəti olmayan QHT-lərin vəziyyəti barədə də müzakirələr apardıq və belə razılaşdıq ki, onlar sadəcə olaraq öz rekvizitlərini qeyd edib boş blank təqdim etsinlər. Yəni fəaliyyəti yoxdursa, heç kim həmin QHT-dən yazılı maliyyə hesabatı tələb edə bilməz. Mən hesab edirəm ki, QHT-lər maliyyə şəffaflığından yox, hesabatın verilmə prosedurundan narahatdırlar və bu işin asanlaşdırılmasını istəyirlər. Bu baxımdan çətinliklərə, anlaşmazlıqlara, çaşqınlıqlara diqqətlə yanaşılacaq. Görüşdə mən məsələ qaldırdım ki, hesabatın yazılış qaydalarında yanlışlıqların olması labüddür. Razılaşdıq ki, belə olan halda QHT-lərin təklifləri əsasında hesabatın yenidən təkmilləşdirilməsi üçün imkan tanınsın. - Yaradılacaq işçi qrupun martın 31-dək paytaxt və region QHT-lərinə hesabatların tərtibinə kömək məqsədilə məsləhət sessiyaları təşkil etməsi nəzərdə tutulub. İşçi qrupundakı mütəxəssislərin və sizin əməkdaşlıq etdiyiniz QHT-lərin sayını nəzərə alsaq, bu planların həyata keçirilməsi nə dərəcədə real görünür? - Ola bilər ki, texniki baxımdan bu müddət ərzində bütün QHT-ləri təlimə cəlb etmək mümkün olmasın. Lakin biz bu məsələni televiziyaları prosesə cəlb etməklə aktuallaşdıra bilərik. Mən təklif etmişəm ki, İctimai Televiziyada bu mövzuda müzakirələr, bir növ canlı təlimlər keçirilsin. Müvafiq qurumların təmsilçiləri də həmin proqramda yaranan sualları cavablandırsın. Eyni zamanda mən hesab edirəm ki, QHT-lər özləri hesabat formasını əldə etməkdə, məlumat almaqda maraqlı olmalıdırlar. Çünki hesabatları təqdim etməyən təşkilatların 2500 manat cərimələnməsi nəzərdə tutulur ki, bu, QHT-lər üçün heç də kiçik rəqəm deyil. QHT-lər belə vəziyyətlə üzləşməmək üçün fəal olmalıdırlar. Əgər prosesin gedişində QHT-dən asılı olmayan hansısa problem yaransa, şura onu həll edə bilər. Hər halda, mükəmməl olmasa belə, hər bir QHT hesabat vermək üçün qeydiyyatdan keçməlidir. Hesabatın təkmilləşdirilməsi üçünsə bizim Maliyyə Nazirliyi ilə əməkdaşlığımız davam edəcək. - Bu il hazırlıq və maarifləndirmə işlərinin görülməsi və gələn il hesabatların verilməsinin tətbiqi mümkün deyilmi? - Biz istənilən halda bu işi başlatmalıyıq. Şuranın da belə təklifi vardı ki, bu məsələ bir qədər ləngidilsin. Amma müzakirələr zamanı Maliyyə Nazirliyinin əməkdaşları bizi əmin etdilər ki, iki ay ərzində QHT-lərin bu işə hazır olması üçün maksimum vaxt və əmək sərf edəcəklər. Bizim əsas narahatlığımız QHT-lərin hazır olmaması ilə bağlıdır. Amma hesab edirəm ki, Maliyyə Nazirliyinin birgə fəaliyyət planı iki ay müddətində QHT-lərin maksimum hazırlıq mərhələsini keçməsinə imkan verəcək. - Şuranın 2009-cu ilin yekunlarına dair hesabatında 2010-2015-ci illərdə ictimai sektorun güclənməsi məqsədilə milli strategiya və fəaliyyət planı hazırlanmasının nəzərdə tutulduğu bildirilir. Bu barədə daha ətraflı nə deyə bilərsiniz? - Biz QHT sektorunun vəziyyəti ilə bağlı milli hesabat hazırlamışıq. Həmin hesabat məhz qeyd etdiyiniz strategiyanın əsasını təşkil edir. Bizim ekspertlər çox önəmli təkliflər və tövsiyələr hazırlayıblar. Həmin tövsiyələr əsasında şuranın yeni ekspertlər qrupu yaranacaq və onların hazırladığı təkliflər əsasında strategiya hazırlanacaq. Biz bunu hökumətlə qarşılıqlı koordinasiya edəcəyik. Hesab edirik ki, strategiya dövlət başçısına təqdim olunmalıdır və cənab prezidentin təsdiqindən sonra bu cür layihələr icra edilməlidir. - Təkliflərdən söz düşmüşkən, QHT-lərin maliyyə davamlılığını təmin etmək üçün bu sektorun 22 faizlik məcburi sosial sığortadan azad olunması şansı varmı? - Bu məsələdə biz bir tərəfdən vətəndaşların sosial təminatını, digər tərəfdən QHT-lərin imkanlarını nəzərə almalıyıq. Yəni QHT-lərə verilən qrant vəsaitlərinin azlığı və sosial yönlü olduğu nəzərə alınmalıdır. Hesab edirəm ki, bu məsələdə ortaq məxrəcə gəlmək mümkündür. Təkliflərdən biri 22 faizin ümumiyyətlə ləğvi yox, həcminin azaldılmasıdır. İkincisi isə həmin o vəsaitin dövlətdən ödənməsidir. Hazırda biz bu təkliflərdən hansının daha münasib olması istiqamətində araşdırma aparırıq. 81 dəfə oxunub | ||||||||||||||||||||||
|
| ||||||||||||||||||||||
| ||||||||||||||||||||||
| ||||||||||||||||||||||
TürkKPA-nın baş katibi Türkiyə və Moldovaya səfər edəcək
Qafqazın ekologiyası Tiflisdə müzakirə olunur
Gender probleminə həsr olunmuş dəyirmi masa keçirilib
Azərbaycan və Liviya arasında Anlaşma Memorandumu imzalanıb
Belçikada Novruz Gecəsi təşkil olunacaq
Avropa İttifaqının öz Beynəlxalq Valyuta Fondu olacaq
Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına İraqla bağlı xəbərdarlıq edib.
Azərbaycan alimləri II Beynəlxalq Avrasiya Arxeoloji Konqresində iştirak ediblər
Bütün xəbərlər...
Azay Quliyev: "80 QHT-nin layihəsi texniki ekspertizadan keçməyib"
Film böyük maraqla qarşılandı
Şura və ACİ-YF arasında əməkdaşlıq memorandumu imzalandı
“Azərbaycanda Demokratik seçki proseslərinin möhkəmləndirilməsi və inkişafı”
“Azərbaycan bələdiyyə sistemi: reallıqlar və problemlər” mövzusunda dəyirmi masa keçirilib
Yaxın vaxtlarda QHT sektorundan bəhs edən “Dayaq.az” qəzeti fəaliyyətə başlayacaq
“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi yekunlaşıb
Avropa Şurası və Avropa Ittifaqı Komissiyasının dəstəyi ilə 2 illik regional proqram icra olunur
Bütün xəbərlər...
Beynəlxalq Diaspor Mərkəzi Xocalı soyqırımı ilə bağlı tədbir keçirdi
Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının ildönümü ilə bağlı dinləmələr keçiriləcək
Azərbaycan nümayəndə heyəti Türkiyə Könüllülər Forumunda iştirak edəcəklər
Meksikada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Müqavilələrin monitorinqini aparan təşkilatlar və Universal Dövri İcmal üzrə təlim kursu (Cenevrə, 3-14 may 2010-cu il)
Türkiyənin “Kanal A” televiziyası ATXƏM-in təşəbbüsü ilə Azərbaycanda oldu
Təbrik məktubu
ATƏT-in Bakı ofisinin rəhbəri Naxçıvana gedir
Bütün xəbərlər...
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYADA MƏTBUAT ÜÇÜN BƏYANATI
"Könüllülük fəaliyyəti haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı
ANKET SORĞUSU (nümunə)
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına (nümunə)
ELAN
Diqqət! Diqqət! Bütün QHT-lərin nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
Bütün xəbərlər...
QHT-lərə Dövlət Dəstəyi Şurası illik maliyyə hesabatlarının verilməsində QHT-lərə yardım göstərəcək
Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu hesabat verdi
Yeni Yazarlar və Sənətçilər Qurumunun 2008-ci il üçün hesabatı
"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin 2008-ci ildəki fəaliyyəti haqqında hesabatı
Azərbaycan Respublikası Əlillərin Dizayn Assosasiyasının (ƏDA) illik hesabatı
“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı ictimai birliyi
Demokratik Jurnalistlər Liqası 2007-ci ilin son 6 ayı üzrə monitorinqin nəticələrini açıqlayıb
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin 2007-ci il fəaliyyəti ilə əlaqədar hesabatı
Bütün xəbərlər...
Qadın Proqramı üzrə keçirilmiş kiçik qrant müsabiqəsinin nəticələri
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun qrant elanı
"Avrasiya-kredit" MMC fəaliyyətə başlayıb
Tələbə qrant proqramı
Yeni Fond vətəndaş cəmiyyəti quruculuğuna qoşulacaq
Diqqət! Qrant proqramı!
Diqqət, qrant! Tələbə qrant proqramı
Gəncədə yerli QHT-lərin I Forumu keçirildi
Bütün xəbərlər...
MQF Şəmkir RQRTM-i ölkənin qərb regionunda yerli QHT-lər üçün təlimlər həyata keçirir
“Erkən nikahlar insan hüquqları pozuntusu kimi ” mövzusunda dəyirmi masa keçirilib
İnsan alveri ilə bağlı Xızıda təlim keçirilib
QİAM sahibkarlarla Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsinə dair müzakirələr aparır
QHT-lərin institusional inkişafina dəstək layihəsi həyata keçirilir
“Su ehtiyatlarının idarə edilməsində gender amillərinin nəzərə alınması həlledici məqsəddir” layihəsi uğurla həyata keçirilir
Keçmiş məhbuslarla görüş küçirildi
Şəhər ağsaqqalları və polis veteranları ilə görüş
Bütün xəbərlər...
GMB maliyyə hesabatlarının düzgün tərtibi istiqamətində QHT-lərə dəstəyini davam etdirir.
Novruz bayramında yeddi gün istirahət edəcəyik
Gələn həftə Azərbaycanda beynəlxalq İKT sərgisi keçiriləcək
Azərbaycanda Uşaq hüquqları aylığı keçiriləcək
Bələdiyyə seçkilərində yerli müşahidəçilərin hazırlanması üzrə təlim kursu keçiriləcəkdir
Diqqət, birgə maliyyə yardımı müsabiqəsi!
Neft kəmərlərinin qorunmasına dair təlim
Press-reliz
Bütün xəbərlər...Copyright © 2007 Milli QHT Forumu. Butun haqqları qorunur. | email: safar-forum@mail.ru
De-mar.net Studiyasında hazırlanıb.
De-mar.net Studiyasında hazırlanıb.
