QHT tribunası : Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirdi | ||||||||||||||||||||||
Tədbirdə 2009-cu ildə Şuranın fəaliyyəti, layihələrin icra vəziyyəti haqqında hesabat verildi və maliyyələşdirilən layihələrlə bağlı nəşr edilmiş kitabın təqdimatı oldu.“Park İnn” hotelinin böyük zalında keçən bu tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev açaraq, tədbirin mahiyyəti haqda ətraflı məlumat verdi. Şura sədri ötən ili bütövlükdə ölkə QHT-ləri üçün uğurlu bir il kimi səciyyələndirdi. A.Quliyev bildirdi ki, QHT-lər, dövlət qurumlarının əsas iş prinsipi fəaliyyətlərində maksimum dərəcədə şəffaflığın təmin olunması, gördükləri işlər haqda ictimaiyyəti məlumatlandırmaq, vətəndaş cəmiyyətinin hüquqlarının qorunması naminə QHT-lərlə məsləhətləşməlidilər: “Mən çox məmnunam ki, ötən illər rəzində biz bu prinsipə nail olmağa çalışmışıq. Hətta ilin əvvəlində QHT-lərin gələcək fəaliyyətini planlaşdırmaq üçün məsləhətləşmələr aparmışıq”. Azay Quliyev Şura fəaliyyət göstərəndən bəri ölkə QHT-lərinin fəaliyyətində ciddi canlanma yarandığını qeyd etdi. “Bugünki tədbirin geniş formatda keçirilməsi, ölkənin ən aktiv QHT-lərinin bu toplantıda iştirak etməsi, habelə Şuranın elan etdiyi müsabiqəyə müraciət edənlərin sayının ildən-ilə artması dediklərimizə sübutdur. Bu, nailiyyət göstəricisi hesab oluna bilər”-deyən Azay Quliyev hesab edir ki, bu Azərbaycan dövlətinin, Azərbaycan Respublikası Prezidentinin QHT-lərin, Vətəndaş Cəmiyyətinin inkişafı ilə bağlı yeni mexanizmlərin işlənib hazırlanması haqda qərarlar qəbul etməsi ilə sıx bağlıdır. Bu cür şəraitin yaradılması isə vətəndaş cəmiyyəti institutlarının daha fəal olmağa, öz potensiallarını tam həcmlə ortaya qoymağa, QHT-hökumət münasibətlərinin yeni müstəviyə keçməsinə imkan verir: “Hesab edirəm ki, QHT-lər belə bir şəraitdən istifadə edib, öz üzərlərinə düşən funksiyaları yerinə yetirməli, məsuliyyət dərk etməli, şəffaf fəaliyyət göstərməli, ictimaiyyəti məlumatlandırmalı, nailiyyətlərini, uğurlarını təqdim etməyi bacarmalıdır.” A.Quliyev qeyd etdi ki, Şura tərəfindən maliyyələşdirilmiş layihələr ən müxtəlif fəaliyyət sahələrini əhatə etmiş və ölkədə vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə öz töhfəsini vermişlər. O, bildirdi ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 5 istiqamət üzrə QHT-lərə dövlət dəstəyini həyata keçirir. Bunlar maliyyə, metodiki, konsultativ və təşkilati-texniki dəstəkdir. Şura sədrinin sözlərinə görə, bu dəstəyin hər biri QHT-lərin fəaliyyətlərinin düzgün qurulması, QHT sektorunun inkişafı təmin etmək, QHT-hökumət münasibətlərini yaxşılaşdırılması və bu münasibətləri yeni bir müstəviyə keçirilməsi, ən nəhayət ictimai əhəmiyyətli problemlərinin həllinə QHT-lərin potensialının yaxından cəlb edilməsi məqsədi daşıyır. Şura sədri bildirdi ki, bütün bunlarla yanaşı Şuranın iki ali məqsədi olub: “Bunlardan biri QHT-lərin gördüyü işlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqla yanaşı, QHT-lərin müsbət təcrübəsini yaymaqdır. Ikincisi QHT-lərin dövlət, cəmiyyət üçün nə qədər əhəmiyyətli qurum olduqları, vətəndaşların problemlərinin hansı səviyyədə və necə çevik mexanizmlər tədbiq etməklə həll etmək iqtidarında olduqlarını göstərmək olub”. Bu məqsədə çatmaq üçün Şura imkanları daxilində dəstəyini əsirgəməyib. Şuranın rəsmi saytı, qhtxeber.az saytı və “Vətəndaş Cəmiyyəti” jurnalı iş prinsipini məhz QHT-lərin fəaliyyətini işıqlandırmaq, onların gördükləri işləri geniş auditoriyaya çatdırmaq olub. Təkcə “Vətəndaş Cəmiyyəti” jurnalı işıq üzü gördüyü 12 sayında 250-dən çox QHT-nin fəaliyyətini işıqlanıdırıb, onları ictimaiyyətə tanıdıb. A.Quliyev bildirib ki, Şura 2009-cu ildə təxminən 613 layihə təklifi qəbul edib: “Bunlardan 248-i tərəfimizdən maliyyələşdirilib. 248 layihəyə 2 milyon 68 min manat vəsait ayrılıb. Bundan başqa 2009-cu ildə beynəlxalq təşkilatlarla birgə qrant layihələri həyata keçirmişik. Beynəlxalq partnyorlardan Dünya Bankı və Açıq Cəmiyyət İnstitunu qeyd edə bilərəm. Birgə layihələrdə 20-yə qədər QHT-nin təşəbbüsü dəstəklənib”-deyən Şura sədri əlavə edib ki, 2009-cu ildə regionlara xüsusi diqqət yönəldilib. Region QHT-lərinin bilik və bacarığının artırılması üçün BMT-nin İnkişaf Proqramı ilə birgə əməkdaşlıq memorandum imzalanıb. Bu memorandumun icrası nəticəsində 400-dən çox QHT fəalına təlimlər keçirilib. Ötən ilin dekabr ayında isə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə memorandum imzalandı və bu razılaşma 2010-cu ildə reallaşacaq. Memorandumun tələblərindən irəli gələrək biz birgə müsabiqələrin keçirilməsi, QHT-lərin fəaliyyəti üçün mövcud şəraitin yaxşılaşdırılması, QHT problemlərinin daha effektiv şəkildə həlli ilə bağlı birgə fəaliyyəti həyata keçirəcəyik”.Şura sədri beynəlxalq təcrübə baxımından ötən ili uğurlu il kimi dəyərləndirdi. Beynəlxalq təcrübənin öyrənilməsi baxımından 2009-cu ildə Şura üzvlərinin Xorvatiyaya səfəri xüsusən əhəmiyyətli olub, Şərqi Avropa təcrübəsi öyrənilib. 2010-cu ildən Şura layihələrin qiymətləndirilməsi və maliyyələşdirilməsində Şərqi Avropa təcrübəsindən istifadə ediləcək. Millət vəkili çıxışında 2010-cu ildə özəl sektorla birgə layihələrin həyata keçirilməsi üzərində ciddi iş aparıldığını da əlavə etdi. Azay Quliyev təqdimatı keçirilən nəfis tərtibatlı kitab haqda da öz fikirlərini bölüşüb. Şura sədri bildirib ki, bu Azərbaycan ilk təcrübədir. Bu Şuradan maliyyə yardımı alan təşkilatlar və onalrın reallaşdırdıqları layihələr haqda ensiklopedik nəşr olmaqla yanaşı Dövlət Dəstəyi Şurasının fəaliyyətinin əyani sübutu, dövlətin QHT-lərə dəstəyinin bariz nümunəsi və QHT-lərin cəmiyyətə tanıdılmasının bir metodudur. Şura sədri qeyd etdi ki, bu Şuranın QHT-lərin tanıdılması üçün sonuncu addım deyil. Hazırda QHT məlumat bazasının yaradılması və QHT məlumat kitabçasının nəşri yekunlaşmaq üzrədir. Yaxın zamanlarda həm elektorn baza, həm də məlumat kitabçası ictimaiyyətə təqdim olunacaq. Şura sədrinin sözlərinə görə, ümumilikdə, bu ilin araşdırmaları, nəticələri onu göstərir ki, 2009-cu ildə QHT-lər xeyli fəallıq nümayiş etdiriblər. QHT-lərin böyük əksəriyyəti onlara ayrılan vəsaitləri qanunvericiliyə uyğun şəkildə istifadə və icra ediblər. Lakin bu sözləri heç də bütün QHT-lərə aid etmək olmur. “Bizim razı qalmadığımız QHT-lər də var. Bu QHT-lər hesabatların vaxtında verilməməsi, Şuranın monitorinqi üçün lazımı şəraitin yaradılmaması, Şuranın QHT-lərlə imzaladığı müqavilənin öhdəliklərinə tam şəkildə cavab verməməsi, nəhayət layihənin icrası ilə bağlı effektiv mexanizm tədbiq etməməsi ilə bağlıdır. Məlumunuz olduğu kimi, 1 təşkilata ayırdığımız qrantın ikinci tranşını ödəməkdən imtina etdik. Müqavilə yerinə yetirilmədiyinə görə layihənin icrasını dayandırdıq”-deyən Şura sədri bu il şərtlərin daha da sərləşəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, bildirdi ki, bu addımlar QHT-lərə öz işlərinə daha məsuliyyətli yanaşmaq, fəaliyyətlərində diqqətli olmaq üçün atılır. Daha sonra millət vəkili QHT-lərin və ümumiyyətlə vətəndaş cəmiyyəti institutlarını narahat edən məsələyə də toxundu. O, bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 15 yanvar 2010-cu il tarixli iclasında QHT-lərin fəaliyyəti haqqında Maliyyə Nazirliyinə illik maliyyə hesabatı verməsi məsələsinə baxılmış və bu istiqamətdə bir sıra çətinliklərin mövcudluğu qeyd edilmişdir. Bu mövzu yanvarın 28-də Şuranın sədri Azay Quliyevlə maliyyə nazirinin birinci müavini İlqar Fətizadə arasında keçirilən görüşdə müzakirə edilib. Görüşdə QHT-lərin Milli Mühasibat Uçotu Standartlarına keçidi, Maliyyə Nazirliyinə verəcəyi illik maliyyə hesabatlarının təqdimetmə qaydaları, bu sahədə bilik və bacarıqlarının artırılması və yaranacaq mümkün çətinliklərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə qərara alınıb ki, 1 Aprel 2010-cu ilədək QHT-lərin Maliyyə Nazirliyinə illik maliyyə hesabatlarının verilməsi üçün müvafiq tədbirlər planı hazırlanıb həyata keçirilsin, fevralın 10-dək hesabatların elektron formada qəbulu üçün Maliyyə Nazirliyi tərəfindən müvafiq proqram hazırlansın, hesabatların tərtibi ilə bağlı fevralın 2-dək 10 nəfər mütəxəssisdən ibarət işçi qrupu yaradılsın və onlara müvafiq təlim keçirilsin. Şura sədri bunları da bildirdi ki, hesabatların forması Maliyyə Nazirliyi tərəfindən 3000 nüsxədə çap olunaraq Şuranın ofisinə, həmçinin rayon maliyyə şöbələrinə müraciət edən QHT-lərə paylanması müzakirə olunub. İl ərzində maliyyə əməliyyatı aparmayan QHT-lər hesabat formalarını müvafiq qaydada boş təqdim etməlidirlər.
qhtxeber.az 88 dəfə oxunub | ||||||||||||||||||||||
|
| ||||||||||||||||||||||
| ||||||||||||||||||||||
| ||||||||||||||||||||||
VCU “2010-cu ilin parlament seçkiləri: problemlərin aradan qaldırılma yolları” ətrafında ictimaiyyəti bir araya topladı
Davutoğlu Naxçıvana gəlib: “Şəhid qardaşlarımıza rəhmət diləyirəm"
İsmayıl Ömərova Çingiz Aytmatov diplomu verilib
Bakıda prezidentlərin görüşü olacaq
Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub
Bu gün Dövlət Bayrağı Meydanın rəsmi aşılışı olacaq
Prezident minimum əmək haqqı və əmək pensiyalarını artırdı
Elmira Süleymanova: “Mübariz İbrahimovun meyitinin alınması üçün mən təkcə Ombudsman yox, həm də ana olaraq əlimdən gələni etməyə hazıram”
Bütün xəbərlər...
Daha bir layihənin icrasına başlanıldi
Azay Quliyev: "80 QHT-nin layihəsi texniki ekspertizadan keçməyib"
Film böyük maraqla qarşılandı
Şura və ACİ-YF arasında əməkdaşlıq memorandumu imzalandı
“Azərbaycanda Demokratik seçki proseslərinin möhkəmləndirilməsi və inkişafı”
“Azərbaycan bələdiyyə sistemi: reallıqlar və problemlər” mövzusunda dəyirmi masa keçirilib
Yaxın vaxtlarda QHT sektorundan bəhs edən “Dayaq.az” qəzeti fəaliyyətə başlayacaq
“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi yekunlaşıb
Bütün xəbərlər...
Dünyanın gələcək liderlərini birləşdirməyə yönəldilmiş beynəlxalq layihə
İsrailin Hadera şəhərində Heydər Əliyevin adını daşıyan xiyabanın açılışı olub
Hikmət Eren: “Hər iki ölkənin QHT-lərinin bir araya gəlməsi gərəkdir” - MÜSAHİBƏ
Dünya QHT-ləri Assosiasiyası haqqında
Estoniya Prezidenti: “Azərbaycan Avropanın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir”
Beynəlxalq Diaspor Mərkəzi Xocalı soyqırımı ilə bağlı tədbir keçirdi
Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının ildönümü ilə bağlı dinləmələr keçiriləcək
Azərbaycan nümayəndə heyəti Türkiyə Könüllülər Forumunda iştirak edəcəklər
Bütün xəbərlər...
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYADA MƏTBUAT ÜÇÜN BƏYANATI
"Könüllülük fəaliyyəti haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı
ANKET SORĞUSU (nümunə)
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına (nümunə)
ELAN
Diqqət! Diqqət! Bütün QHT-lərin nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
Bütün xəbərlər...
QHT-lərə Dövlət Dəstəyi Şurası illik maliyyə hesabatlarının verilməsində QHT-lərə yardım göstərəcək
Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu hesabat verdi
Yeni Yazarlar və Sənətçilər Qurumunun 2008-ci il üçün hesabatı
"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin 2008-ci ildəki fəaliyyəti haqqında hesabatı
Azərbaycan Respublikası Əlillərin Dizayn Assosasiyasının (ƏDA) illik hesabatı
“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı ictimai birliyi
Demokratik Jurnalistlər Liqası 2007-ci ilin son 6 ayı üzrə monitorinqin nəticələrini açıqlayıb
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin 2007-ci il fəaliyyəti ilə əlaqədar hesabatı
Bütün xəbərlər...
Qadın Proqramı üzrə keçirilmiş kiçik qrant müsabiqəsinin nəticələri
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun qrant elanı
"Avrasiya-kredit" MMC fəaliyyətə başlayıb
Tələbə qrant proqramı
Yeni Fond vətəndaş cəmiyyəti quruculuğuna qoşulacaq
Diqqət! Qrant proqramı!
Diqqət, qrant! Tələbə qrant proqramı
Gəncədə yerli QHT-lərin I Forumu keçirildi
Bütün xəbərlər...
MQF Şəmkir RQRTM-i ölkənin qərb regionunda yerli QHT-lər üçün təlimlər həyata keçirir
“Erkən nikahlar insan hüquqları pozuntusu kimi ” mövzusunda dəyirmi masa keçirilib
İnsan alveri ilə bağlı Xızıda təlim keçirilib
QİAM sahibkarlarla Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsinə dair müzakirələr aparır
QHT-lərin institusional inkişafina dəstək layihəsi həyata keçirilir
“Su ehtiyatlarının idarə edilməsində gender amillərinin nəzərə alınması həlledici məqsəddir” layihəsi uğurla həyata keçirilir
Keçmiş məhbuslarla görüş küçirildi
Şəhər ağsaqqalları və polis veteranları ilə görüş
Bütün xəbərlər...
Hüquqi məsləhət
Milli QHT Forumu medianı mükafatlandıracaq
Maliyyə hesabatı və cərimələrlə bağlı dəyirmi masa
DİQQƏT: QHT-lərin nəzərinə
DİQQƏT! Müsabiqədən keçmiş QHT rəhbərlərinin nəzərinə!
GMB maliyyə hesabatlarının düzgün tərtibi istiqamətində QHT-lərə dəstəyini davam etdirir.
Novruz bayramında yeddi gün istirahət edəcəyik
Gələn həftə Azərbaycanda beynəlxalq İKT sərgisi keçiriləcək
Bütün xəbərlər...De-mar.net Studiyasında hazırlanıb.
