Milli QHT Forumunun elektron qəzeti

Seçilmişlərə əlavə et
Ev səhifəsi et
Xəbər qrupuna abunə ol


 
 

  Media Forum
 
Layihələr : Film böyük maraqla qarşılandı
Film böyük maraqla qarşılandı

Oktyabrın 28-də Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında “Çanaqqaladan başlanan yol” sənədli filminin təqdimatı oldu.Film Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılıq dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilmişdir. Ötən əsrin 20-ci illərində Türkiyənin milli istiqlal uğrunda dünya imperialist ordularına qarşı apardığı mübarizəyə Azərbaycan türklərinin qardaş yardımından bəhs edən bu film “AQAP” Prodüser Mərkəzində çəkilib. Filmin prodüseri Bəxtiyar Həsənov, ssenari müəllifi Arzu Qazıyeva, quruluşçu rejissoru Rövşən İsmayılov, operatoru Nuray Səfərlidir.Təqdimat mərasiminin aparıcısı Film Fondunun direktoru Cəmil Quliyev film haqqında qısa məlumat verdi. Sonra filmin ssenari müəllifi Arzu Qazıyeva çıxış etdi. A.Qazıyeva tədbirə buyurmuş qonaqları salamlayaraq, filmin ərsəyə gəlməsini dəstəkləmiş təşkilatlara öz minnətdarlığını bildirdi.Əsasən Türkiyə, Azərbaycan və Rusiya foto-kino arxiv materiallarının, eləcə də indiyədək bəzi qapalı mənbələrin məlumatlarından istifadə edilən film zala toplaşanlar tərəfindən böyük maraqla izləndi.50 dəqiqəlik filmin tamaşasından sonra çıxış edən millət vəkilləri Azay Quliyev, Qənirə Paşayeva, Gülər Əhmədova, Türkiyə Böyük Millət Məclisinin üzvü Şenol Bal, eləcə də tarixçi professor Eldar İsmayılov, APA İnformasiya Agentliyinin Baş direktoru Vüsalə Mahirqızı, Türkiyə Səfirliyinin mədəniyyət müşaviri Melda Araz və başqaları film haqqında öz təəssüratlarını bölüşdülər.

QHTXEBER.AZ



197 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun gələn xəbər tapılmadı
Bu mövzuya uyğun digər xəbərlər
 

Prezidentin QHT-lərə dəstəklə bağlı sərəncamını necə qiymətləndirirsiniz?
 
Nəticələr
 

Copyright © 2007 Milli QHT Forumu. Butun haqqları qorunur. | email: safar-forum@mail.ru
De-mar.net Studiyasında hazırlanıb.