Milli QHT Forumunun elektron qəzeti

Seçilmişlərə əlavə et
Ev səhifəsi et
Xəbər qrupuna abunə ol


 
 

  Media Forum
 
Beynəlxalq əməkdaşlıq : Beynəlxalq QHT koalisiyası Azərbaycanın iqtisadi, sosial və mədəni hüquqlara dair Beynəlxalq Paktın fakultativ protokoluna qoşulmasını alqışlayır
Beynəlxalq QHT koalisiyası Azərbaycanın iqtisadi, sosial və mədəni hüquqlara dair Beynəlxalq Paktın fakultativ protokoluna qoşulmasını alqışlayır

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə iqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq paktın fakultativ protokolu üzrə Beynəlxalq qeyri-hökumət təşkilatları koalisiyasından Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun adına məktub daxil olub. XİN-in mətbuat xidmətinin məlumatına görə, məktubda Azərbaycanın birinci dövlətlər sırasında bu fakultativ protokola və həmin sənədin Azərbaycan parlamentində tezliklə ratifikasiya edilməsi təşəbbüslərinə qoşulmasına dəstək ifadə olunur. Sözügedən protokol Azərbaycanın adından sentyabrın 25-də E.Məmmədyarov tərəfindən Nyu-Yorkda onun BMT Baş Assambleyanın 64-cü sessiyasında iştirakı zamanı imzalanıb. Azərbaycan 1966-cı ildə qəbul olunmuş iqtisadi, sosial və mədəni hüquqlara dair Beynəlxalq Pakta 1992-ci ilin avqustunda qoşulub.

“İnterfax ” beynəlxalq informasiya qrupu
 



187 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun gələn xəbər tapılmadı
Bu mövzuya uyğun digər xəbərlər
 

Prezidentin QHT-lərə dəstəklə bağlı sərəncamını necə qiymətləndirirsiniz?
 
Nəticələr
 

Copyright © 2007 Milli QHT Forumu. Butun haqqları qorunur. | email: safar-forum@mail.ru
De-mar.net Studiyasında hazırlanıb.