Milli QHT Forumunun elektron qəzeti

Seçilmişlərə əlavə et
Ev səhifəsi et
Xəbər qrupuna abunə ol


 
 

  Media Forum
 
Layihələr : Şura və ACİ-YF arasında əməkdaşlıq memorandumu imzalandı
Şura və ACİ-YF arasında əməkdaşlıq memorandumu imzalandı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu\ Azərbaycan arasında əməkdaşlıq memorandumu imzalandı. Sənədi Şura sədri Azay Quliyev və Fondun Bakı Ofisinin icraçı direktoru Fərda Əsədov imzaladılar.Tərəflər Azərbaycanda vətəndaş cəmiyyətinin rolu və QHT-lərin sosial-iqtisadi inkişaf proseslərinə cəlb olunma imkanları barədə ictimai məlumatlılığı artırmaq, Azərbaycanda fəaliyyət göstərən donorlar arasında əlaqələrin daha da gücləndirilməsi və fəaliyyətin birgə koordinasiyası məqsədi ilə Donorların Koordinasiya Şurasının yaradılmasına dəstək vermək, QHT-lərin bilik və bacarığının artırılması və sair istiqamətlərdə birgə fəaliyyət göstərəcəklərini memorandumda təsbit etdilər.Tərəflər əməkdaşlığa real məzmun vermək məqsədi ilə 2009-cu il üçün aşağıdakı konkret istiqamətlərdə fəaliyyətləri həyata keçirməkdə qərarlı olduqlarını bildirdilər:
· QHT-lərin fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması və yaxşı idarəetmə standartlarına keçid məqsədi ilə birgə Konfransın keçirilməsi;
· Milli Mühasibat Uçotu ilə bağlı layihələrə birgə maliyyə yardımının edilməsi;
· “Azərbaycanın Avropa Birliyi ilə qarşılıqlı əlaqələri” mövzusunda birgə maliyyə yardımı (qrant) müsabiqəsinin keçirilməsi.

Mətbuat xidməti



311 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun gələn xəbər tapılmadı
Bu mövzuya uyğun digər xəbərlər
 

Prezidentin QHT-lərə dəstəklə bağlı sərəncamını necə qiymətləndirirsiniz?
 
Nəticələr
 

Copyright © 2007 Milli QHT Forumu. Butun haqqları qorunur. | email: safar-forum@mail.ru
De-mar.net Studiyasında hazırlanıb.