Milli QHT Forumunun elektron qəzeti

Seçilmişlərə əlavə et
Ev səhifəsi et
Xəbər qrupuna abunə ol


 
 

  Media Forum
 
QHT hesabatları : Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu hesabat verdi
Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu hesabat verdi

Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu 2008-ci il üçün illik hesabatı təqdim edib. Fondun icraçı direktoru Fərda Əsədov fevralın 25-də Azərbaycan Media Mərkəzində keçirilən təqdimatda deyib ki, 2008-ci ildə fondun qrant, əməliyyat layihələri və digər fəaliyyətlərə 3.224.718 dollar vəsait sərf edilib. “Bu vəsaitin 2.239.539 dolları 250 layihənin dəstəklənməsinə, 593.490 dolları əməliyyat layihələrinə, 391.689 dolları inzibati xərclərə sərf olunub”.İcraçı direktor onu da bildirib ki, qrantların 24 faizini səhiyyə, 3 faizini Şərq-Qərb, 7 faizini təhsil, 5 faizini mədəniyyət, 2 faizini gənclər, 2 faizini informasiya, 9 faizini hüquq, 8 faizini yerli özünüidarə, 7 faizini KİV, 18 faizini neft gəlirləri və ictimai vəsaitin şəffaflığı, 5 faizini qadın, 10 faizini vətəndaş cəmiyyəti proqramları təşkil edib. F.Əsədovun 2009-cu ildə də fondun büdcəsinin eyni səviyyədə qalacağını vurğulayıb. 

MQF XƏBƏR



991 dəfə oxunub
 

1 2 3 4 5
 
Rating: 3.80Rating: 3.80Rating: 3.80Rating: 3.80 (cəmi 10 səs)
Bu mövzuya uyğun gələn xəbər tapılmadı
Bu mövzuya uyğun digər xəbərlər
 

Prezidentin QHT-lərə dəstəklə bağlı sərəncamını necə qiymətləndirirsiniz?
 
Nəticələr
 

Copyright © 2007 Milli QHT Forumu. Butun haqqları qorunur. | email: safar-forum@mail.ru
De-mar.net Studiyasında hazırlanıb.