Milli QHT Forumunun elektron qəzeti

Seçilmişlərə əlavə et
Ev səhifəsi et
Xəbər qrupuna abunə ol


 
 

  Media Forum
 
Regional QHT-lər : QİAM sahibkarlarla Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsinə dair müzakirələr aparır
QİAM sahibkarlarla Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsinə dair müzakirələr aparır

Qlobal İqtisadi Araşdırmalar Mərkəzi (QİAM) sentyabrın 3-də Şirvanda sahibkarlar və iş adamları üçün “Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına dair təkliflərin verilməsi” layihəsi çərçivəsində bu mövzuda seminar keçirib. Seminarda iştirakçılara biznes mühitinin əsasları və ona təsir edən amillər, o cümlədən, respublikada müəssisələrin yaradılması, kreditlərin alınması, investorların qorunması, vergilərin ödənilməsi, beynəlxalq ticarət və s. üzrə mövcud vəziyyət haqqında məlumatlar verilib. Həmçinin, respublikada sahibkarlıq mühitinin təkmilləşdirilməsi üzrə müzakirələr aparılaraq yerli sahibkarların da bu istiqamətdə təklifləri dinlənilib.Tədbirdə 30-a yaxın yerli sahibkar iştirak edib. Qeyd edək ki, QİAM bu layihəni avqust-sentyabr ayları müddətində respublikanın müxtəlif regionlarında Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (CİPE, Washington)  maliyyə dəstəyilə Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu ilə birlikdə  həyata keçirir.    

mqfxeber.az



1093 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun gələn xəbər tapılmadı
Bu mövzuya uyğun digər xəbərlər
 

Prezidentin QHT-lərə dəstəklə bağlı sərəncamını necə qiymətləndirirsiniz?
 
Nəticələr
 

Copyright © 2007 Milli QHT Forumu. Butun haqqları qorunur. | email: safar-forum@mail.ru
De-mar.net Studiyasında hazırlanıb.