Milli QHT Forumunun elektron qəzeti

Seçilmişlərə əlavə et
Ev səhifəsi et
Xəbər qrupuna abunə ol


 
 

  Media Forum
 
QHT hesabatları : “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı ictimai birliyi
“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı ictimai birliyi

"Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Qayğı ictimai birliyi 2003-ci il sentyabr ayından könüllülər qrupu şəklində fəaliyyət göstərir 28.12.05 tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Təşkilatın missiyası:
Əlil və kimsəsiz uşaqların inkişafına dəstək olmaq.Onların psixoloji, sosial, tibbi və digər reabilitasiyalarına dəstək olmaqdır. Əlil və valideynlərini itirmiş uşaqların problemləri və onları əhatə edən mühitlə məşğul olmaqdır. "Birliye Doğru"təşkilatın əsas missiyalarından biri də ailədə olan əlil uşaqların psixo-sosial reabilitasiyasına dəstək olmaqdır onların və cəmiyyətin əlillik haqqında olan steriotiplərin düzgün istiqamətdə yönəltməsidir.

Əsas fəaliyyət istiqaməti:
Dövlət və özəl müəssisələrin yaxından köməyi və iştirakı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına və sosial adaptasiya bacarıqların inkişafına yardım etmək. Ehtiyacı olan əlil və kimsəsiz uşaqlara, habelə onların ailələrinə sosial, psixoloji, reproduktiv sağlamlıq və hər növ yardımın edilməsi istiqamətində (treninq, dəyirmi masalar, maarifləndirmə, əyləncə, maddi və s.) işlərin aparılması. Xüsusi dövlət müəssisələrində (internat, uşaq evləri) hökümət tərəfindən göstərilən müvafiq xidmətlərə nəzarət edilməsi və könüllülər qrupunun yaradılması. Əlverişsiz şəraitə düşmüş uşaqların qanunvericilik sahəsində lobbiləşdirilməsinin idarə edilməsi və bu məqsədlə hökümət və qeyri hökümət təşkilatlarının birgə fəaliyyətinin stimullaşdırılması.

“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı ictimai birliyinin mətbuat əlaqəçisi

 



1436 dəfə oxunub
 

1 2 3 4 5
 
Rating: 5.00Rating: 5.00Rating: 5.00Rating: 5.00Rating: 5.00 (cəmi 12 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 Mətanət Umudova: “Biz bütün həyatımızı uşaqlara həsr etmişik”
 Bərabər imkanlar hamı üçün
 

Prezidentin QHT-lərə dəstəklə bağlı sərəncamını necə qiymətləndirirsiniz?
 
Nəticələr
 

Copyright © 2007 Milli QHT Forumu. Butun haqqları qorunur. | email: safar-forum@mail.ru
De-mar.net Studiyasında hazırlanıb.