Milli QHT Forumunun elektron qəzeti

Seçilmişlərə əlavə et
Ev səhifəsi et
Xəbər qrupuna abunə ol


 
 

  Media Forum
 
QHT hesabatları : Demokratik Jurnalistlər Liqası 2007-ci ilin son 6 ayı üzrə monitorinqin nəticələrini açıqlayıb
Demokratik Jurnalistlər Liqası 2007-ci ilin son 6 ayı üzrə monitorinqin nəticələrini açıqlayıb

Demokratik Jurnalistlər Liqası «Media problemlərinin monitorinqi, jurnalistlərə hüquqi və maddi yardım» adlı layihə çərçivəsində 2007-ci ilin son 6 ayı (iyun-dekabr) üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı monitorinqin nəticələrini açıqlayıb.

Monitorinqin nəticələrinə görə, 6 ay ərzində 493 fakt qeydə alınıb.

Hesabat dövründə KİV-ə qarşı 33 iddia qaldırılıb, 12 məhkəmə prosesi baş tutub. Məhkəmə iddiası bu KİV-lərin redaksiyalarına, baş redaktorlarına və əməkdaşlarına qarşı irəli sürülüb: «Yeni Müsavat», «Azadlıq», «Xural», «24 saat», «Mühakimə», «Kriminal aləm», «Alternativ», «Gündəlik Azərbayjan», «Realnı Azerbaydjan», «Ayna», «Zerkalo», «Sənət qəzeti», «Proqnoz», «Bizim yol» və «İdeal» qəzetləri.


KİV-lərə qarşı qaldırılmış iddia ərizələrində cinayət məsuliyyəti ilə bərabər 1 milyon 220 min manat təzminat ödəmək tələb olunub. Məhkəmələrin çıxardığı qətnaməyə əsasən, 106 min 495 manat cərimə kəsilib.

14 iddia Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə qaldırılıb. Qalan iddiaların əsasını Cinayət Məcəlləsinin 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 213.2.2 (vergi ödəməkdən yayınma, külli miqdarda gəlir əldə etməklə), 311.1 (rüşvət alma), 127 (bədənə az xəsarət yetirmə) və 221.1 (ictimai yerdə xuliqanlıq) maddələri ilə qaldırılmış iddialar və mülki iddialar təşkil edir.

İyulun 26-da Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən, Nəsimi Rayon Məhkəməsində «Bizim yol» qəzetinin şöbə redaktoru Müşfiq Hüseynov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə əsasında «İdeal» qəzetinin təsisçisi və baş redaktoru Nazim Quliyev Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 214.1-ci (terrorla hədələmə) faktı üzrə «Gündəlik Azərbayjan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Yasamal Rayon Məhkəməsi tərəfindən «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid Cinayət Məcəlləsinin 127-ci (bədənə az xəsarət yetirmə) və 221.1-ci (ictimai yerdə xuliqanlıq) maddələri ilə təqsiləndirilərək barəsində həbs-qətimkan tədbiri seçilib.

Yasamal Rayon Məhkəməsi qəbul etdiyi qətnaməyə əsasən «Kriminal aləm» qəzetinin təsisçisi Mehralı İsgəndəroğlunun 1 il icbari cəzaya cəlb edilməsi barədə qərar çıxarıb, Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə «Azadlıq» radiosunun müxbiri İlqar Nəsibov CM-in 147.2-ci (ağır cinayət törədilməsində ittiham etməklə böhtan atmaq) maddəsi ilə təqsirləndirilərək 1 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Şərur Rayon Məhkəməsinin qərarı ilə «Yeni Müsavat» qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsi ilə (polis işçisinin qanuni tələbinə tabe olmamaq) təqsirkar bilinərək 15 sutka həbs cəzası alıb.

12 KİV əməkdaşı polis bölməsində saxlanılıb.

2 KİV əməkdaşı Prezident Aparatının Mühafizəçiləri tərəfindən saxlanılıb.

23 KİV əməkdaşı polislər, dövlət qurumlarının əməkdaşları və mülki şəxslər tərəfindən fiziki və mənəvi təzyiqlə üzləşib.

1 KİV əməkdaşı Milli Təhlükəsizlik Nazirliyinin Şərur rayon şöbəsində fiziki işgəncələrə məruz qalıb.

12 adda KİV-in 23 əməkdaşının keçirdiyi 29 aclıq aksiyası faktı qeydə alınıb.

26 jurnalist MTN tərəfindən dindirilib.

8 jurnalist DİN tərəfindən dindirilib.

4 jurnalist prokurorluq orqanları tərəfindən dindirilib.

«Yeni Müsavat» qəzetinin əməkdaşı MTN Şərur rayoln şöbəsinin sədri tərəfindən hədələnib.

Naməlum şəxslər «Yeni Müsavat» qəzetinin başqa bir əməkdaşının mobil telefonuna zəng edərək onu ölümlə hədələyiblər.

İş adamı haqqında yazılan məqaləyə görə, «Yeni Müsavat» qəzetinin əməkdaşı telefonla təhqir olunub.

Müğənni Xatirə İslamın anası «Yeni Müsavat» qəzetinin redaksiyasına zəng edərək qızı haqqında yazılan məqaləyə görə, əməkdaşları təhqir edib, qəzeti bağlatdıracağı ilə hədələyib.

«Azadlıq» qəzetinin redaksiyasına naməlum şəxslər zəng edərək əməkdaşları hədəlyəiblər.

Naməlum şəxslər «Yeni Müsavat» qəzetinin redaksiyasına zəng vurub, əməkdaşları nalayiq sözlərlə təhqir edərək, hədə-qorxu gəliblər.

Naməlum şəxs «Paralel» qəzetinin redaksiyasına zəng vuraraq Gəlilabad Rayon İcra hakimiyyətinin başçısı haqqında gedən yazıya görə, qəzet əməkdaşlarına telefonda söyüş və təhqirlər yağdırıb.

2 KİV əməkdaşına polislər İran səfirliyi qarşısında keçirilən etiraz aksyiasından çəkiliş aparmağa icazə verməyərək fotoaparatlarını əllərindən alıb.

«Turan» İnformasiya Agentliyinə İran İslam Respublikasının ölkəmizdə səfərdə olan prezidenti ilə müsahibədə iştirakına Prezident Aparatının Mətbuat Xidməti tərəfindən icazə verilməyib.

«APA» İnformasiya Agentliyinin bir əməkdaşına dövlət məmuru informasiya verməyərək onunla qeyri-etik formada davranıb.

«Azadılq», «Yeni Müsavat», «Zerkalo», «Turan» İnformasiya Ageniliyinin əməkdaşları məhkəmə prosesini izləməyə buraxılmayıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qarışısında keçirilən aksiya zamanı polis zor tətbiq edərək, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun əməkdaşı Qəmbər Qəmbərovun «Canon D-350» markalı fotokamerasını sındırıb.

«Yeni Müsavat» (dörd dəfə), «Azadlıq» (bir dəfə), «Bakı-Xəbər» (bir dəfə), «Ekspress» (bir dəfə) qəzetlərinin və «525-ci qəzet»in (bir dəfə) yayımına qadağa qoyulub.

Ölkə prezidenti İlham Əliyevin imzaladığı əfv fərmanına əsasən həbsdə olan «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli, qəzetin əməkdaşı Yaşar Ağazadə, «Sənət qəzeti»nin baş redaktoru Samir Sədaqətoğlu , qəzetin yazarı Rafiq Tağı, «Nota Bene» qəzetinin məsləhətçisi Fərəməz Novruzoğlu və müstəqil jurnalist Şövqi Vaqifoğlu azadlığa çıxıb.

Demokratik Jurnalistlər Liqası

 



1052 dəfə oxunub
 

1 2 3 4 5
 
(cəmi 0 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 Güneyli yazıçı-jurnalistsürgün edilib
 «AzCAN» TV Kanadada ilk dəfə efirə çıxıb
 

Prezidentin QHT-lərə dəstəklə bağlı sərəncamını necə qiymətləndirirsiniz?
 
Nəticələr
 

Copyright © 2007 Milli QHT Forumu. Butun haqqları qorunur. | email: safar-forum@mail.ru
De-mar.net Studiyasında hazırlanıb.