QHT qanunvericiliyi : "Könüllülük fəaliyyəti haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı | ||||||||||||||||||||||
Milli Məclisdə "Könüllülük fəaliyyəti haqqında" yeni qanun layihəsi hazırlanıb. Dünən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri, o cümlədən Sosial siyasət daimi komissiyalarının birgə iclasında bu layihə müzakirə edilib. Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin ötən il qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi haqqında imzaladığı sərəncamda QHT-lərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyi bildirilib. "Könüllülük fəaliyyəti haqqında" qanun layihəsi də məhz bu sərəncamın qarşıya qoyduğu vəzifələrdən irəli gələrək hazırlanıb. Qanun layihəsinin hazırlanması üzrə işçi qrupuna isə Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyev rəhbərlik edib. A.Quliyev bildirib ki, sənəd forum və onun beynəlxalq tərəfdaşları tərəfindən hazırlanıb. Millət vəkilinin sözlərinə görə, son zamanlar vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ciddi addımlar atılır. Bu baxımdan, QHT sektorunun inkişafı da əhəmiyyətli mərhələyə daxil olub. Cəmiyyətin problemlərinin həllində üçüncü sektorun müəyyən rol oynaması sözügedən qanunun hazırlanmasını zəruri edib. "Azərbaycanda həmişə könüllülük prinsipi ilə fəaliyyət göstəriblər. Sadəcə, onların fəaliyyətinin hüquqi tənzimlənməsi olmayıb. Fakt üçün deyim ki, 2005-ci ildə ölkəmizdə 225 min könüllü olsa da, bu göstərici ötən il 250 min nəfərə çatıb. Qanun layihəsinin hazırlanmasında Norveç, Portuqaliya və digər ölkələrin təcrübəsindən istifadə edilib" deyən A.Quliyev əlavə edib ki, Azərbaycanda könüllülük fəaliyyəti ilə yalnız təşkilatlanmış şəxslər məşğul ola biləcək. 10 maddədən ibarət olan qanun layihəsi fiziki şəxslərin öz istəyi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətlərin hüquqi əsaslarını müəyyən edir. Bu fəaliyyətlə bağlı müəyyən qadağalar da mövcuddur. Belə ki, sahibkarlıq fəaliyyəti könüllülük sayıla bilməz. Eləcə də, "Könüllülük fəaliyyəti" adı altında dini təriqətlərin yayılması, müharibə, zorakılıq və dözümsüzlüyün təbliğ edilməsi, irqi, milli, dini ədavətin qızışdırılması qadağandır. A.Quliyevin sözlərinə görə, layihənin ilkin variantında siyasi fəaliyyətin də könüllülük prinsipinə aid edilməməsi nəzərdə tutulmuşdu: "Amma nəzərə alaq ki, hansısa seçkilərdə kimsə könüllü olaraq müəyyən namizədin seçki kampaniyasında iştirak edir, onun təbliğatını aparır. Bu, qanunla qadağan edilə bilməz. Ona görə də bu məsələ layihədən çıxarıldı. Bundan əlavə, dini təriqətlərin yayılmasının qadağan edilməsi də mübahisəlidir. Çünki ölkədə dini etiqad azadlığının mövcudluğunu təsdiq edən qanun var". Könüllülərin fəaliyyət istiqamətinə gəldikdə isə, onlar əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, köçkünlərə kömək edilməsi, uşaq və gənclərlə iş aparılması, tarixi mədəni sərvətlərin qorunması ilə məşğul olmalıdırlar. Bu sıraya narkomaniya və digər zərərli vərdişlər barədə məlumatlandırma, sülh mədəniyyətinin, tolerantlığın təbliği, hüquqi maarifləndirmə, ətraf mühitin mühafizəsi, idmanın inkişafı, istehlakçıların hüquqlarının qorunması və digər qanuna zidd olmayan fəaliyyət növləri də daxildir. Bu işlər sifarişçi ilə könüllü arasında yazılı və ya şifahi müqavilə əsasında həyata keçiriləcək. Millət vəkili bildirib ki, könüllülük fəaliyyətinin təşkilatçısı dövlət orqanları, bələdiyyə, QHT-lər ola bilər. Könüllülər gördükləri işlərə görə əməkhaqqı almamaqla yanaşı, digər formada mükafatlandırılmayacaqlar. Parlamentin Sosial siyasət komissiyasının sədri Hadi Rəcəbli bildirib ki, bu qanun ictimai sifarişdir. Onun fikrincə, layihədəki mübahisəli məqamlar komissiyada yox, parlamentin plenar iclasında müzakirə edilsin. Amma millət vəkili Yaqub Mahmudov dini təriqətlərin yayılmasının qadağan edilməsinə toxunaraq deyib ki, bu məsələ qanunda əks olunmalıdır: "Son illər dini missioner təşkilatların ölkəmizə axını sürətlənib. Belə halların qarşısı alınmasa, dövlətçiliyimizə ciddi zərbə vura bilərlər. Əlbəttə, ölkəmizdə dini etiqad azadlığı mövcuddur və heç kim səmavi dinlərə qarşı çıxmır. Amma qeyri-ənənəvi dini təriqətlərin qarşısı alınmalıdır. Avropa dövlətləri həmin təriqətlərin fəaliyyətini qadağan edərək bizim tərəfə yönəldirlər. Fikrimcə, qanun layihəsində könüllülük adı altında qeyri-ənənəvi dini təriqətlərin yayılmasını qadağan edən müddəa olmalıdır". Millət vəkillərindən Nizami İsgəndərov, İlham Məmmədov və başqaları çıxış edərək qanun layihəsi haqqında fikirlərini bildiriblər. Sonda layihənin parlamentin plenar iclasına çıxarılması tövsiyə olunub. Kamil HƏMZƏOĞLU, "525-ci qəzet", 10.04.08
1465 dəfə oxunub | ||||||||||||||||||||||
|
| ||||||||||||||||||||||
| ||||||||||||||||||||||
| ||||||||||||||||||||||
TürkKPA-nın baş katibi Türkiyə və Moldovaya səfər edəcək
Qafqazın ekologiyası Tiflisdə müzakirə olunur
Gender probleminə həsr olunmuş dəyirmi masa keçirilib
Azərbaycan və Liviya arasında Anlaşma Memorandumu imzalanıb
Belçikada Novruz Gecəsi təşkil olunacaq
Avropa İttifaqının öz Beynəlxalq Valyuta Fondu olacaq
Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına İraqla bağlı xəbərdarlıq edib.
Azərbaycan alimləri II Beynəlxalq Avrasiya Arxeoloji Konqresində iştirak ediblər
Bütün xəbərlər...
Azay Quliyev: "80 QHT-nin layihəsi texniki ekspertizadan keçməyib"
Film böyük maraqla qarşılandı
Şura və ACİ-YF arasında əməkdaşlıq memorandumu imzalandı
“Azərbaycanda Demokratik seçki proseslərinin möhkəmləndirilməsi və inkişafı”
“Azərbaycan bələdiyyə sistemi: reallıqlar və problemlər” mövzusunda dəyirmi masa keçirilib
Yaxın vaxtlarda QHT sektorundan bəhs edən “Dayaq.az” qəzeti fəaliyyətə başlayacaq
“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi yekunlaşıb
Avropa Şurası və Avropa Ittifaqı Komissiyasının dəstəyi ilə 2 illik regional proqram icra olunur
Bütün xəbərlər...
Beynəlxalq Diaspor Mərkəzi Xocalı soyqırımı ilə bağlı tədbir keçirdi
Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının ildönümü ilə bağlı dinləmələr keçiriləcək
Azərbaycan nümayəndə heyəti Türkiyə Könüllülər Forumunda iştirak edəcəklər
Meksikada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Müqavilələrin monitorinqini aparan təşkilatlar və Universal Dövri İcmal üzrə təlim kursu (Cenevrə, 3-14 may 2010-cu il)
Türkiyənin “Kanal A” televiziyası ATXƏM-in təşəbbüsü ilə Azərbaycanda oldu
Təbrik məktubu
ATƏT-in Bakı ofisinin rəhbəri Naxçıvana gedir
Bütün xəbərlər...
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYADA MƏTBUAT ÜÇÜN BƏYANATI
"Könüllülük fəaliyyəti haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı
ANKET SORĞUSU (nümunə)
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına (nümunə)
ELAN
Diqqət! Diqqət! Bütün QHT-lərin nəzərinə!
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
Bütün xəbərlər...
QHT-lərə Dövlət Dəstəyi Şurası illik maliyyə hesabatlarının verilməsində QHT-lərə yardım göstərəcək
Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu hesabat verdi
Yeni Yazarlar və Sənətçilər Qurumunun 2008-ci il üçün hesabatı
"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin 2008-ci ildəki fəaliyyəti haqqında hesabatı
Azərbaycan Respublikası Əlillərin Dizayn Assosasiyasının (ƏDA) illik hesabatı
“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı ictimai birliyi
Demokratik Jurnalistlər Liqası 2007-ci ilin son 6 ayı üzrə monitorinqin nəticələrini açıqlayıb
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin 2007-ci il fəaliyyəti ilə əlaqədar hesabatı
Bütün xəbərlər...
Qadın Proqramı üzrə keçirilmiş kiçik qrant müsabiqəsinin nəticələri
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun qrant elanı
"Avrasiya-kredit" MMC fəaliyyətə başlayıb
Tələbə qrant proqramı
Yeni Fond vətəndaş cəmiyyəti quruculuğuna qoşulacaq
Diqqət! Qrant proqramı!
Diqqət, qrant! Tələbə qrant proqramı
Gəncədə yerli QHT-lərin I Forumu keçirildi
Bütün xəbərlər...
MQF Şəmkir RQRTM-i ölkənin qərb regionunda yerli QHT-lər üçün təlimlər həyata keçirir
“Erkən nikahlar insan hüquqları pozuntusu kimi ” mövzusunda dəyirmi masa keçirilib
İnsan alveri ilə bağlı Xızıda təlim keçirilib
QİAM sahibkarlarla Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsinə dair müzakirələr aparır
QHT-lərin institusional inkişafina dəstək layihəsi həyata keçirilir
“Su ehtiyatlarının idarə edilməsində gender amillərinin nəzərə alınması həlledici məqsəddir” layihəsi uğurla həyata keçirilir
Keçmiş məhbuslarla görüş küçirildi
Şəhər ağsaqqalları və polis veteranları ilə görüş
Bütün xəbərlər...
GMB maliyyə hesabatlarının düzgün tərtibi istiqamətində QHT-lərə dəstəyini davam etdirir.
Novruz bayramında yeddi gün istirahət edəcəyik
Gələn həftə Azərbaycanda beynəlxalq İKT sərgisi keçiriləcək
Azərbaycanda Uşaq hüquqları aylığı keçiriləcək
Bələdiyyə seçkilərində yerli müşahidəçilərin hazırlanması üzrə təlim kursu keçiriləcəkdir
Diqqət, birgə maliyyə yardımı müsabiqəsi!
Neft kəmərlərinin qorunmasına dair təlim
Press-reliz
Bütün xəbərlər...De-mar.net Studiyasında hazırlanıb.

