Milli QHT Forumunun elektron qəzeti

Seçilmişlərə əlavə et
Ev səhifəsi et
Xəbər qrupuna abunə ol


 
 

  Media Forum
 
ELAN

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.6-cı bəndinə uyğun olaraq, Şura üzvlüyünə namizədlərin irəli sürülməsini təmin etmək üçün 2008-ci ilin fevral ayı ərzində aşağıda qeyd olunan sahələr üzrə ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcəkdir:

• insan hüquqları və demokratiya;
• ailə, qadın və uşaq məsələləri ;
• qaçqın, köçkün, əlil və veteranların məsələləri;
• iqtisadi və sosial məsələlər;
• təhsil, elm və mədəniyyət;
• gənclər və vətənpərvərlik tərbiyəsi;
• səhiyyə, sağlamlıq və ekologiya;
• narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə.

Yığıncaqlarda iştirak etmək və namizədləri irəli sürmək üçün qeyri-hökumət təşkilatları 2008-ci il fevralın 10-dək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına müraciət edə bilərlər. Hər bir QHT yalnız bir ixtisaslaşmış qrup üzrə qeydiyyata alınır və yığıncaqda bir nümayəndə ilə təmsil olunur. Müraciətdə QHT iştirak edəcəyi qrupu göstərməli və öz nümayəndəsi haqqında məlumat verməlidir (müraciətin forması əlavə olunur).

QHT tərəfindən Şura üzvlüyünə irəli sürülən namizəd “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.3. və 3.4-cü bəndlərinin tələblərinə uyğun olmalıdır.

Namizədi irəli sürmüş qeyri-hökumət təşkilatı müvafiq anket sorğusunu təqdim etməlidir (anket sorğusunun forması əlavə olunur).


QHT qrupları üzrə yığıncaqların keçirilmə tarixi və yeri haqqında əlavə məlumat veriləcəkdir.


Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı

 

(Word faylı yüklə)



1733 dəfə oxunub
 

1 2 3 4 5
 
Rating: 1.00 (cəmi 1 səs)
Bu mövzuya uyğun digər xəbərlər
 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
 Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına (nümunə)
 ANKET SORĞUSU (nümunə) 
 

Prezidentin QHT-lərə dəstəklə bağlı sərəncamını necə qiymətləndirirsiniz?
 
Nəticələr
 

Copyright © 2007 Milli QHT Forumu. Butun haqqları qorunur. | email: safar-forum@mail.ru
De-mar.net Studiyasında hazırlanıb.